Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Bir kəmər, bir yol": Çin dünyanın geosiyasi-iqtisadi mənzərəsini yeniləşdirir

"Bir kəmər, bir yol": Çin dünyanın geosiyasi-iqtisadi mənzərəsini yeniləşdirir

Pekində aprelin 25-27-də “Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumu keçirilib. Forumda 150 ölkənin nümayəndələri iştirak edib. Onların 30-dan çoxu dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri olub. Bu nəhəng tədbirin təşkil edilməsi Çin üçün çox vacib idi. Pekin tərəfindən həm son dövrlərdə meydana çıxan suallara cavab verilməli, həm də "Bir kəmər, bir yol" layihəsinin reallaşması istiqamətində konkret addımlar atılmalı idi. Ekspertlərin rəyinə görə, hər iki məsələdə Çin istədiyinə nail olub. Ölkə rəhbəri Si Cinpin proqram xarakterli geniş məruzə edib. Məruzəsində layihənin məzmun və məqsədi barədə konkret tezislər ifadə edib. Bununla yanaşı, bir sıra dövlət başçıları da bütün dünyanı maraqlandıran geosiyasi və iqtisadi məsələlərə toxunublar. Bütün bunların fonunda forumun dünya üçün geosiyasi və iqtisadi əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac duyulur.

İkinci forum: çətinliklər və perspektivlər

Qədim İpək Yolunun bərpasına yönəlmiş "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində ikinci beynəlxalq foruma siyasətçilərin və ekspertlərin marağı çox böyük idi. Bu, yalnız tədbirin 150-dən çox ölkəni əhatə etməsi və Çinin faktiki olaraq XXI əsrin meqalayihəsini reallaşdırmağa çalışması ilə bağlı deyildi. Məsələnin digər tərəfi bu layihə haqqında son zamanlar müəyyən sualların meydana çıxmasına bağlıdır. Bir çox ekspertlər hesab edirlər ki, "Bir kəmər, bir yol" layihəsinin coğrafiyası genişləndikcə, onun məzmunu qeyri-müəyyən olur. Belə ki, həmin təşəbbüsün arxasında Çinin geosiyasi maraqlarının və öz iqtisadiyyatını dünya dövlətləri hesabına daha da möhkəmləndirmək istəyinin dayandığı barədə fikirlər bildirilir.

Aprel ayının 22-də Pekinin xüsusi bir bəyanat yaymasını da məhz bu kimi şübhələrə cavab kimi qiymətləndirirlər. Həmin bəyanatda "Kəmər və yol" layihəsində Çinin başlıca məqsədləri bir daha izah olunur. Orada iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, maliyyə, biznes, ekologiya və humanitar sahələrə verilən diqqət ayrıca qeyd olunur. Bir sözlə, Pekin geosiyasi ambisiyalarının və bu kontekstdə qlobal geosiyasətin mərkəzində olmaq planının olmadığını dünyaya çatdırmağa çalışır.

Buna baxmayaraq, hələ də ABŞ və Hindistan "Bir kəmər, bir yol" layihəsinə qoşulmaq fikrində deyillər. Amerikanın Çinlə geosiyasi, Hindistanın isə ərazi problemi var. Belə çıxır ki, verilən vədlərə və yüksək pafoslu sözlərə baxmayaraq, bu layihənin mənbəyində ən azı iki problem var ki, bütövlükdə hadisələrin gedişatına təsir edə bilər. Bunlara digər regionlarda olan münaqişələri də əlavə etsək, layihənin coğrafiyasında risklər və təhdidlərin mövcudluğu faktını qəbul etməliyik. Bu da onun reallaşması məsələsində çətinliklərin və qeyri-müəyyənliklərin qaldığına dəlalət edir. Bəlkə də məhz bu kontekstdə ikinci forum Çin üçün daha böyük önəm daşıyırdı. Onun necə keçməsindən layihənin taleyi asılı idi.

Yayılan informasiyalara görə, bütövlükdə tədbir uğurlu alınıb. Hər şeydən öncə, Çin rəhbəri Si Cinpin proqram xarakterli məruzə edib. O, Pekinin bu təşəbbüsü reallaşdırmaqda güddüyü əsas məqsədləri bir daha vurğulayıb. "Çin bütün dünyaya açıq olmağa hazırdır" mesajını verən Si Cinpin faktiki olaraq Qərbə səslənib. Bunu ekspertlər Pekinin irəli sürülən iradlara ümumi cavabı adlandırırlar. Belə ki, bununla Çin bütün dünya dövlətləri üçün əməkdaşlıq qapısının açıq olduğunu bəyan edir. Bu, həm də iqtisadiyyatda proteksionizmə qarşı mübarizə baxımından əhəmiyyətlidir. Artıq heç kim ÇXR-i hansısa qapalı əməkdaşlıq klubu yaratmaqda və ya ayrı-seçkilik etməkdə günahlandıra bilməz.

Digər maraqlı məqam Çinin yuanın devalvasiyası nəticəsində öz inkişafını başqa dövlətlərin çiyninə qoymaq fikrində olmaması ilə bağlıdır. Yəni Si Cinpinin sözlərinə görə, Pekin istənilən situasiyada səmimi, açıq və hər bir iştirakçının xeyrinə olan maliyyə siyasəti yeridəcək. Bu, həm də ekoloji aspektə aiddir. "Yaşıl iqtisadiyyat" "Kəmər və yol" layihəsinin əsas prinsipi olaraq qalacaq. Buraya vergi siyasəti də daxildir. Çin vergiləri artırmaq deyil, azaltmaq, bütün dövlətlər üçün uyğun şərait yaratmaq üzərində düşünür. Bundan başqa, Çin ehtiyacı olan dövlətlərə dəstək üçün kreditlər və xüsusi proqramlar üzrə maliyyə yardımı etməyə hazırdır. Bunun üçün Çin hər cür fədakarlığa hazırdır.

Çin dövlət başçısı nitqində Pekinin beynəlxalq qanunçuluğu genişləndirmək sayəsində azad ticarət zonası ideyasını daha da inkişaf etdirmək niyyətində olduğunu bildirib. Yaradılacaq azad ticarət zonaları çox sayda dövlətlərin inkişafına təkan verəcək. İstehsal olunan malların insanların rifahı naminə daha geniş satılması imkanı yaranacaq.

Pekin ticarət və sərmayə qoyuluşunun liberallaşması və sadələşməsinə yardım edəcəyini ifadə edib. Bununla iqtisadi qloballaşma daha açıq, tolerant, əlçatan, balanslaşmış və hamı üçün faydalı olan məzmun kəsb edə bilər. Si Cinpin sivilizasiyaların qarşılıqlı zənginləşdirilməsi və humanitar əməkdaşlığın gücləndirilməsini də vurğulayıb. Bununla Çin qlobal miqyasda qarşılıqlı əlaqədə olan tərəfdaşlıq münasibətləri qurmağın mümkünlüyünə inanır. Nəticədə, birgə inkişaf və çiçəklənməyə nail olmaq imkanı yaranır.

İsternizasiya: dünyanın geosiyasi ağırlıq mərkəzi dəyişirmi?

Bunlar Çin rəhbərinin məruzəsinin ümumi müddəalarına aiddir. Maraqlıdır ki, tədbirdə iştirak edən bir sıra dövlətlərin başçıları da həmin çıxışın ruhuna uyğun fikirlər bildiriblər. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya dövlət başçısı Vladimir Putinin və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin çıxışında müəyyən fikirlər irəli sürülüb. İlham Əliyev lakonik və dərin məzmunlu çıxışında Azərbaycanın "Bir kəmər, bir yol" layihəsində oynadığı rolu dolğun ifadə edib, Bakının atdığı konkret addımları bir daha diqqətə çatdırıb. Yəni Azərbaycan bu layihənin ticari, iqtisadi, nəqliyyat-logistik və sair aspektləri üzrə konkret proqramlar həyata keçirməkdə davam edəcək. (Yeri gəlmişkən, Azərbaycan Prezidentinin "Bir kəmər, bir yol" forumundakı çıxışının konkret müddəaları ilə bağlı ayrıca məqaləmiz dərc olunacaq - red.).

Rusiya Prezidenti Vladimir Putin isə daha çox ölkəsinin həyata keçirdiyi proqramlardan bəhs edib. Bu sırada rəqəmsal texnologiyaların, nəqliyyat və logistika infrastrukturunun inkişafı məsələsinə toxunulub. Özü də bütün bu məsələlər Çinin təşəbbüskarı olduğu layihə kontekstində təqdim edilib. Bununla Rusiya, ABŞ-dan fərqli olaraq, "Bir kəmər, bir yol" təşəbbüsünə ciddi dəstək verdiyini vurğulayıb.

Nursultan Nazarbayev isə bu layihənin ümumi geosiyasi kontekstini vurğulayaraq, maraqlı bir tezis ifadə edib. Onun dediyinə görə, "Bir kəmər, bir yol" təşəbbüsü göstərir ki, qlobal geosiyasət "Vesternizasiya"dan ("Qərbləşmə") "İsternizasiya"ya (bu prosesi "Şərqləşmə", "Asiyalaşma" da adlandırırlar) keçid edir. Yəni Şərq-Asiya dünya geosiyasətinin mərkəzinə çevrilir. Əslində, bu fikir Amerika politoloqu Zbiqnev Bjezinskinin məlum tezisinin başqa formada ifadəsidir. Lakin maraqlı cəhət ondan ibarətdir ki, bir çox siyasi liderlər "Kəmər və yol" layihəsini həmin prosesin konkret ifadəçisi hesab edirlər. Bu isə ona işarədir ki, qlobal geosiyasi mərkəzin bir mərkəzdən digərinə keçməsində aparıcı rolu Çin oynayır. Bu da həmin prosesə xüsusi məzmun və məqsəd verir.

Doğrudur, Nursultan Nazarbayev "Bir kəmər, bir yol" layihəsindən ancaq dialoq, əməkdaşlıq və qarşılıqlı əlaqələrin təşviqi aspektlərində bəhs edir. Forumda məruzə edənlər rəqabətdən bəhs etmirlər. Ancaq reallıq onu göstərir ki, qlobal səviyyədə rəqabətin, həm də amansız rəqabətin kökünü qazıyan hər hansı proses müşahidə edilmir. Çin nə qədər inkar etsə də, məsələnin geosiyasi aspekti göz önündədir. Mümkündür ki, bu prosesin "sinergetik effekti" (Vladimir Putin) yüksək olsun, çoxlu sayda dövlətlər arasında qarşılıqlı əlaqələr daha yüksək səviyyəyə qalxsın, ancaq bunun fonunda geosiyasi rəqabətin də güclənə biləcəyini istisna etmək olmaz.

Bunlar onu təsdiq edir ki, "Bir kəmər, bir yol" forumu dünya miqyasında aktual və maraqlı hadisə kimi qəbul edilməlidir. 150 ölkənin və nüfuzlu beynəlxalq təşkilatların təmsilçilərinin qatıldığı tədbirdə əməkdaşlığın inkişaf etdirilməsinin hərtərəfli müzakirəsi sadə məsələ deyil. Həm də tədbir 64 milyard dollar həcmində müqavilələrin imzalanması ilə yekunlaşıb. Dünyanın bir sıra böyük şirkətləri bu prosesdə iştirak ediblər. Qəbul edilən yekun sənəddə də "Kəmər və yol" layihəsinin reallaşmasına olan inam ifadə edilib.

Bunlardan başqa, dünyanın bir neçə böyük dövləti bu prosesdə iştirakda maraqlı olduqlarını nümayiş etdiriblər. Əgər söhbət konkret əməkdaşlıq istiqamətlərindən və real müqavilələr çərçivəsində əlaqələrdən gedirsə, məsələ xeyli ciddidir. Pekin bu addımı atdı. Dünyanın qloballaşması təşəbbüsü Şərqin əlinə keçməkdədir. Əgər Amerika cəzalandırmağa, əlaqələri məhdudlaşdırmağa, ölkələri bir-birindən ayırmağa və öz marağını qabartmağa çalışırsa, Çin bütün istiqamətlərdə bunun əksini edir. Bu prizmadan Pekinin təşəbbüsləri daha perspektivli görünür. “Səmaaltı ölkə”nin tarixi baş şəhəri dünya iqtisadiyyatının paytaxtı olmaq istiqamətində irəliləməkdədir!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO