"Fox News" Tramp və Harrisə növbəti debat keçirməyi təklif edib
Bakı, 11 sentyabr, AZƏRTAC
"Fox News" kanalı ABŞ prezidenti postuna namizədlər Donald Tramp və Kamala Harris arasında növbəti seçki debatı keçirməyi təklif edib. AZƏRTAC xəbər verir ki, telekanal bununla bağlı artıq hər iki namizədin seçki qərargahına məktub göndərildiyini bildirib.
"Fox News" görüşün keçirilmə vaxtı və yeri üçün üç variant təklif edib: 9 oktyabr - Arizona, 15 oktyabr – Corciya, 16 oktyabr - Şimali Karolina. Debatlar 90 dəqiqə ilə məhdudlaşacaq və namizədlərə əvvəlcədən hazırlanmış qeydlərdən istifadə etməyə icazə verilməyəcək. Qeyd olunur ki, "Fox News" hər iki namizədi telekanalın meydançasında seçicilərlə görüş keçirməyə də dəvət edib.
Harris və Tramp arasında ilk seçkiqabağı debat sentyabrın 10-da baş tutub. ABC News tərəfindən Filadelfiyada təşkil edilən debat Amerikanın bütün əsas informasiya telekanalları tərəfindən canlı yayımlanıb.
Namizədlər debatların ikinci raundu ilə bağlı hələlik razılığa gələ bilmirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]