"Qarabağ" növbəti ev oyununu da Türkiyədə keçirəcək
Bakı, 14 noyabr, Nicat Məmmədov, AZƏRTAC
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyənin "Sivasspor" klubuna qarşı keçirəcəyi ev matçının məkanı müəyyənləşib.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, noyabrın 26-dakı qarşılaşma Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda təşkil olunacaq.
Xatırladaq ki, "Qarabağ" "Sivasspor"la matçın Bakıda keçirilməsi üçün Avropa futbol qurumuna müraciət etmişdi.
Ağdam təmsilçisi II turda İspaniyanın "Vilyareal" komandasına eyni arenada 1:3 hesabı ilə uduzub. Ölkə çempionu Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]