"Qarabağ" son 25 ilin rekorduna imza atıb
Bakı, 5 yanvar, AZƏRTAC
Azərbaycan Premyer Liqasının 2023-cü ildə keçirilən oyunlarında “Qarabağ” hamıdan çox - 88 qol vurub.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu toplardan 45-i cari mövsümün ilk, 43-ü isə ötən mövsümün ikinci yarısına təsadüf edib.
Qurban Qurbanovun yetirmələri bununla da Azərbaycan çempionatlarında son 25 ilin rekorduna imza atıb.
1998-ci ildən sonrakı dövr üçün əvvəlki rekord 87 qola bərabər idi. Buna 2022-ci ildə nail olan Ağdam klubu öz göstəricisini 2023-cü ildə yaxşılaşdırıb.
Daha çox qola sonuncu dəfə 1998-ci ildə “Kəpəz” imza atıb. Qərblilər həmin vaxt 91 dəfə fərqlənib.
“Qarabağ”ın ötən ilki məhsuldarlığı ölkə çempionatları tarixində ümumilikdə 4-cü nəticənin təkrarıdır. 1995-ci ildə “Kəpəz” eyni sayda fərqlənib.
Qeyd edək ki, mütləq rekord 1992-ci ildə 104 qol vuran “Neftçi”yə məxsusdur.
Bir təqvim ilində 75 və daha çox qol vuranlar:
1. “Neftçi” - 104 (1992)
2. “Xəzər” (Sumqayıt) - 100 (1992)
3. “Kəpəz” - 91 (1998)
4-5. “Kəpəz” - 88 (1995)
“Qarabağ” - 88 (2023)
6. “Qarabağ” - 87 (2022)
7. “Neftçi” - 78 (1996)
8. “Kəpəz” - 76 (1992)
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]