"Qaxariya Gürcüstan naminə" partiyası parlamentdə təmsil olunmaq barədə qərar qəbul edib
Tbilisi, 20 oktyabr, AZƏRTAC
Gürcüstanın müxalif "Qaxariya Gürcüstan naminə" partiyası tərəfindən 1 illik fasilədən sonra parlamentdə təmsil olunmaq barədə qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə partiyanın liderlərindən biri olan Giorgi Şaraşidze məlumat verib.
“Parlament tribunasından istifadə etmək lazımdır. Bu tribunadan imtina etmək ölkəyə və xalqa qarşı cinayətdir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, sabiq Baş nazir Giorgi Qaxariyanın "Qaxariya Gürcüstan naminə" partiyası ötən ilin oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımayıb və əldə etdiyi 12 deputat mandatından imtina edib.
Gürcüstan parlamenti bu ilin iyulunda partiyanın mandatlarına vaxtından əvvəl xitam verib.
"Qaxariya Gürcüstan naminə" partiyasının üzvlərinin parlamentə daxil olacağı proqnozlaşdırılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]