"Sumqayıt" klubunun kapitanı komandanın heyətində 100-cü oyununa çıxıb
Sumqayıt, 7 fevral, AZƏRTAC
“Sumqayıt” futbol klubunun kapitanı Vurğun Hüseynov komandanın heyətində 100-cü oyununu keçirib. Müdafiəçinin yubiley oyunu Topaz Premyer Liqasının XVI turunun “İnter”lə qarşılaşmasına təsadüf edib. 2:2 hesabı ilə nəticələnən görüş V.Hüseynovun klubda 100-cü matçı olub.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2013/2014-cü illər mövsümündən “Sumqayıt”da çıxış edən V.Hüseynov həmin çempionatda 22, növbəti yarışda 29 dəfə komandasının formasını geyinib. 2015/2016-cı illər mövsümündə isə 33 görüşə çıxan futbolçu cari birincilikdə 16 dəfə meydanda olub. Hüseynov klubun tarixində çempionatda 100 və daha çox oyun keçirən 3-cü futbolçudur. O, yalnız Slavik Alxasov (126) və Bəxtiyar Həsənəlizadədən (105) geri qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]