AAF ilə Avropa Atletika Assosiasiyası arasında gələcək əməkdaşlıq planları müzakirə olunub
Bakı, 17 may, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov ilə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov arasında görüş keçirilib.
AZƏRTAC Azərbaycan Atletika Federasiyasına istinadla bildirir ki, görüşdə tərəflər arasındakı əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə olunub. Azərbaycan Atletika Federasiyasının etibarlı tərəfdaş olduğunu bildirən Dobromir Karamarinov bu əməkdaşlığın beynəlxalq qurum üçün böyük önəm kəsb etdiyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə də iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]