ABB-də İslam Bankinqinin tətbiq edilməsi üzrə məsləhətçi təyin edilmişdir
Bakı, 14 iyul (AZƏRTAC). Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam Bankinqi məhsullarının və xidmətlərinin təqdim edilməsi üzrə ixtisaslaşdırılmış qurum yaradılması üçün məsləhətçi cəlb edilməsinə dair tenderə yekun vurmuşdur.
ABB-də İslam Bankinqinin tətbiq edilməsi üzrə qrupun rəhbəri Behnam Qurbanzadə demişdir: “Tender komissiyası 4 şirkətin, o cümlədən yerli “Ekvita” şirkətinin, Islamic Finance Advisory Assurance Services, “Ernst & Young”, “Baker McKenzie”, “PriceWaterHouse”, habelə “Salans”, “KPMG”, “Pinsent Masons” и “Dar al Shariah” şirkətlərindən ibarət konsorsiumun təkliflərini nəzərdən keçirmişdir. 2011-ci il iyulun 11-də tender komissiyasının yekun iclası olmuş, həmin iclasda işçi qrup tərəfindən hazırlanmış tender təklifləri təhlil edilmiş və qiymətləndirilmişdir.
Komissiya üzvləri iclasın nəticələrinə əsasən “Salans”, “KPMG”, “Pinsent Masons” и “Dar al Shariah” şirkətlərindən ibarət konsorsiumla əməkdaşlıq etmək təklifinə yekdilliklə səs vermişdir.
Bank bu məsləhətçi ilə əməkdaşlıq haqqında müqaviləni 10 iş günü müddətində imzalayacaqdır. Müqavilə imzalanandan sonra 1 həftə müddətində məsləhətçi bankın işçi qrupu ilə birlikdə bu layihənin həyata keçirilməsinə başlayacaqdır. Layihənin birinci mərhələsinin yekunlaşması və ixtisaslaşdırılmış qrupun fəaliyyətə başlaması 2011-ci ilin payızına planlaşdırılır.