ABŞ administrasiyası yeni B-2 strateji bombardmançı təyyarələri sifariş edir
Bakı, 28 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp administrasiyanın yeni B-2 Spirit gizli strateji bombardmançı təyyarələri sifariş etdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, hərbçilərlə videokonfrans zamanı Tramp bu ilin yayında İrana qarşı həyata keçirilmiş əməliyyatın B-2 bombardmançılarında istifadə olunan gizli texnologiya sayəsində uğurlu alındığını bildirib. “Mən həmin pilotlara, mexaniklərə və B-2 bombardmançılarına xidmət edən bütün insanlara təşəkkür edirəm. Biz sadəcə olaraq bu təyyarələrdən daha çoxunu sifariş etdik”, – Ağ Ev rəhbəri qeyd edib.
Prezident əlavə edib: “Onlar təyyarələrin uçduğunu bilirdilər, amma heç kim onları görə bilmədi”.
Noyabrın 11-də Arlinqton qəbiristanlığında etdiyi çıxışında Tramp ABŞ-ın B-2 strateji bombardmançılarının bir partiyasını sifariş etdiyini bildirmişdi. Oktyabrda isə o, ABŞ-ın bu tipdən 28 ədəd təyyarə sifariş etdiyini açıqlamışdı. Lakin Arlinqtondakı çıxışında da, noyabrın 27-dəki müraciətində də Tramp söhbətin həmin əvvəlki partiyadan, yoxsa yeni sifarişdən getdiyini dəqiqləşdirməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]