ABŞ Böyük Britaniya ilə ticarət sazişi bağlamaqda maraqlıdır
London, 15 aprel, AZƏRTAC
ABŞ vitse-prezidenti Cey Di Vens Böyük Britaniya ilə ticarət sazişinin bağlanması üçün yaxşı imkan olduğunu bildirib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, o, hazırda bu istiqamətdə Böyük Britaniya hökuməti ilə intensiv danışıqlar aparıldığını deyib.
“Biz Kir Starmerin hökuməti ilə çox ciddi şəkildə işləyirik”, - deyə ABŞ vitse-prezidenti J.D.Vens verdiyi müsahibədə bildirib.
Bu açıqlama ABŞ-ın qlobal ticarət siyasətindəki kəskin dəyişikliklərdən sonra səsləndirilib.
Aprelin 2-də Prezident Donald Tramp demək olar ki, bütün ölkələrə qarşı yüksək tariflər tətbiq edəcəyini açıqladıqdan sonra dünya birjalarında ciddi dalğalanmalar müşahidə olunub. Yeni ticarət siyasətinə əsasən, ABŞ-a Böyük Britaniyadan idxal olunan məhsullara 10 faiz tarif tətbiq olunur. Avtomobillər, polad və alüminium kimi sahələrdə isə daha yüksək tariflər qüvvədədir. Saziş əldə olunacağı təqdirdə, bu tariflərin aşağı salınması və ya tamamilə ləğv olunması mümkün ola bilər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 75 ölkəyə tarif tətbiqinə 90 günlük fasilə verib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]