ABŞ BÜTÜN DÜNYADA BANK ƏMƏLİYYATLARINI İZLƏYİR
Artıq bir neçə ildir həyata keçirilən bu proqram barədə məlumatları ABŞ-ın bir sıra KİV-ləri vermişdir. ABŞ-ın maliyyə naziri Con Snou bildirmişdir ki, proqramdan məqsəd müxtəlif terrorçu qruplaşmaları maliyyələşdirməyin qarşısını almaqdır. Bank əməliyyatları yalnız hesabların sahibləri terrorizmlə əlaqəyə girməkdə şübhəli bilindikdə izlənilir. Qanunu gözləyən vətəndaşların əmanət sirri açıqlanmır. Proqrama ABŞ Konqresi icazə vermişdir və o, beynəlxalq qanunvericiliyiə tam müvafiq surətdə həyata keçirilir.
Snou demişdir ki, maliyyə kəşfiyyatı və MKİ terror fəaliyyətində şübhəli bilinənlərin bank əməliyyatlarını izləməyə 2001-ci ilin 11 sentyabr terror aktlarından sonra başlamışlar. O, xüsusi orqanların tranzaksiyalar barədə məlumatı haradan aldıqlarını açıqlamamışdır.
Lakin ”Nyu-York tayms” qəzeti 23 iyun tarixli nömrəsində bildirmişdir ki, əməliyyatlar haqqında məlumatları ABŞ hökumətinə bütün dünyada 7800-dən çox maliyyə təsisatını, o cümlədən bütün iri bankları və onların müxbir şəbəkələrini birləşdirən Beynəlxalq banklararası informasiya sistemi verirdi.