ABŞ-da 19 ölkə vətəndaşlarının yaşıl kartları yenidən yoxlanılacaq
Bakı, 28 noyabr, AZƏRTAC
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) Əfqanıstan da daxil olmaqla, 19 “narahat ölkədən” gələn xarici vətəndaşların yaşıl kartlarını yenidən yoxlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə USCIS direktoru Cozef Edlou sosial mediada yazıb. O, ABŞ Prezidenti Donald Trampın göstərişinə əsasən, narahatlıq doğuran ölkələrdən olan bütün xarici vətəndaşların yaşıl kartlarının yenidən tam və hərtərəfli yoxlanılması barədə tapşırıq verdiyini bildirib.
Bu açıqlama ABŞ Milli Qvardiyasının iki əsgərinin Ağ Ev yaxınlığında güllələnməsindən bir gün sonra verilib. Əfqanıstan vətəndaşı olan şübhəli şəxs ABŞ-a 2021-ci ildə daxil olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]