Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə” mövzusunda dinləmələr keçirilib

“ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə” mövzusunda dinləmələr keçirilib

Bakı, 10 iyun, AZƏRTAC 

İyunun 10-da “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası və “Azad Azərbaycan” Müstəqil Teleradio Kampaniyasının birgə təşkilatçılığı ilə “ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə” mövzusunda dinləmələr keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə KİV və QHT rəhbərləri, politoloqlar iştirak ediblər.

Koalisiyanın əlaqələndiricisi, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri Rufiz Qonaqov bildirib ki, Avropa Oyunları yaxınlaşdıqca ölkəmizə qarşı antitəbliğat kampaniyası daha da güclənir. Azərbaycanın güclənməsi, əldə etdiyi uğurlar sözsüz ki, bəzi dairələri narahat edir. Tədbirdə bu narahatlığın yaranma səbəblərindən danışılacaq.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Müstəqil dövlətlərdə keçirilən beynəlxalq idman və mədəniyyət tədbirlərini siyasiləşdirmək cəhdləri və anti-Azərbaycan kampaniyası” mövzusunda çıxış edib. O deyib ki, dünyanın bir sıra regionlarında xalqlar və dövlətlər arasında münasibətlərin gərginləşdiyi, dini və milli zəmində kənardan stimullaşdırılan ziddiyyətlərin dərinləşdiyi zamanda idman və mədəniyyət tədbirlərinin ənənəvi diplomatiya, eləcə də ictimai diplomatiyanın ən təsirli elementi kimi ön plana çıxması təbii qəbul olunmalıdır. Məgər müstəqil siyasət yeritməyə üstünlük verən dövlətlərin, o cümlədən Azərbaycanın ərazisində təşkil olunan kütləvi idman və mədəniyyət tədbirləri sülhə, əmin-amanlığa, qarşılıqlı anlaşmaya xidmət etmirmi? Əlbəttə ki, edir.

Qeyd edilib ki, aqressiyanın səbəbini də məhz burada axtarmaq lazımdır. Ölkəmizə qarşı aparılan və vahid mərkəzdən idarə olunduğu artıq heç kimdə şübhə doğurmayan kampaniyanın əsasında hansı dairələrin, hansı maraqların dayandığını xüsusi işarə ilə göstərməyə ehtiyac yoxdur. Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyanın Avropa Oyunlarının boykot edilməsi ilə bağlı açıq çağırışı fikirlərimizin tamamilə doğru olmasını bir daha sübuta yetirir. Dünyanı müharibə ilə idarə etməyə çalışan, milyonlarla insanın faciəsi üzərində öz iqtisadi və geosiyasi maraqlarını təmin etməyə çalışan güclər sözün əsl mənasında barışda, sülhdə maraqlı deyillər.

“ABŞ-da irqi və dini zəmində ayrı-seçkilik təzahürlərinin güclənməsi” mövzusunda çıxış edən Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, birinci Avropa Oyunlarına qarşı kampaniyada ABŞ dairələri də fəal iştirak edirlər. Vurğulanıb ki, dini və etnik tolerantlığın yüksək səviyyədə olduğu Azərbaycanın irqi ayrı-seçkiliyin tüğyan etdiyi, multikulturalizmin dəstəklənmədiyi ABŞ tərəfindən müzakirəyə çıxarılması təəssüf doğurur. ABŞ-da ağdərili polislər qaradərililərin üzərinə silah çəkir və bunu heç nədən çəkinmədən edirlər. Onlar arxayındırlar ki, məhkəmələrdə olanların böyük əksəriyyəti ağdərilidir və heç vaxt ağdərililərin əleyhinə qərar qəbul etməyə imkan verməzlər.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət “Cəmiyyət üzərində total nəzarət sistemi: şəxsi həyata müdaxilə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması” adlı məruzə ilə çıxış edib. A. Həsrət vurğulayıb ki, ABŞ hətta hamilə qadına ölüm hökmü kəsərək onu icra edən, 14 yaşlı gəncin ölümünə hökm verən dövlətdir. Sonra məlum oldu ki, həmin o gənc günahsız imiş. Yəni, insan hüquqlarından danışan dövlət budur. Bəzən deyirlər ki, orada hər şey idealdır. Biz olanları dedikdə isə onlar üstümüzə gəlir ki, yalandır. Biz heç nə demirik, olanları deyirik. Ötən il cəmi 8 gün ərzində polislərin jurnalistlərə qarşı zorakılığı olmuşdu. Bütövlükdə isə bu hadisə ilə bağlı heç bir təşkilat səsini çıxarmadı. Amma Azərbaycanda hansısa polis bir jurnalisti bölməyə çağırıb sula-cavab etdikdə, həmin an ABŞ Dövlət Departamenti bəyanat yayır.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Leqal korrupsiya və ABŞ siyasi sisteminin əsas elementlərindən biri kimi” mövzusunda məruzə ilə çıxış edərək deyib ki, ABŞ-da seçkilərdə seçilən şəxs digərlərinə nisbətən daha çox vəsait xərcləyib. Bu da korrupsiyanın bir qolu deyilmi? Bu gün heç kimə sirr deyil ki, ABŞ-da lobbiçilik leqallaşıb. Onlar bir çox ölkələrdə də istəyirlər ki, bunu leqallaşdırsınlar.

“ABŞ-ın müstəqil siyasət yürüdən ölkələrə təzyiq vasitələri: insan hüquqları ilə manipulyasiyaya, rəngli inqilablar və onların fəsadları” mövzusunda məruzə ilə çıxış edən “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin sədri Elman Nəsirov vurğulayıb ki, ABŞ Azərbaycan üçün strateji tərəfdaş dövlətdir və Azərbaycan onunla əməkdaşlıqda maraqlıdır. Ancaq çox təəssüf ki, ABŞ Azərbaycana qarşı qərəzli addımlar atır. Elman Nəsirov əlavə edib ki, ABŞ Azərbaycan üçün strateji tərəfdaşdır, ancaq bu ölkə adekvat addımlar atmır. ABŞ başqa dövlətlərin işinə qarışır, özünün strateji tərəfdaşı olan Azərbaycanın da daxili işlərinə qarışmağa çalışır.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, ABŞ-da insanlığa qarşı atılan addımlar narahatlıq doğurur. Bu ölkədə yetkinlik yaşına çatmayan gəncin edam edilməsi vəziyyətin nə yerdə olduğunu göstərir. ABŞ-ın başqa ölkələrin daxili işlərinə qarışması tamamilə yolverilməzdir. Bu ölkədə qaradərili insanlara kifayət qədər təqib və təzyiqlər varsa, hansı demokratiyadan danışıla bilər?

Daha sonra koalisiyanın əlaqələndiricisi, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun və digərlərinin mövzu ətrafında çıxışları dinlənilib. Qeyd edilib ki, əgər dünya bərabərhüquqlu prinsiplər əsasında qurulubsa, hər kəs başqasının seçdiyi yola hörmətlə yanaşmalıdır. Əks halda biz də məcbur oluruq ki, başqalarının daxili durumunu müzakirə edək. Əgər bu gün ABŞ-da insanın təhlükəsiz yaşamaq hüququna təminat yoxdursa, yaşamaq təhlükəlidirsə, o halda Konstitusiya və İnsan Hüquqları Bəyannaməsi ilə yaşananlar arasında çox böyük fərq var. İnsan hüquqlarına hörmət etməyən bir ölkənin başqa dövlətlərdə bunu bəhanə gətirərək daxili işlərə qarışması ikili standartdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb