ABŞ-da istidən ölənlərin sayı 28 nəfərə çatıb
Bakı, 11 iyul, AZƏRTAC
ABŞ-da anomal istilər nəticəsində ölənlərin sayı 28-ə çatıb, ən çox ölüm halı Kaliforniyada qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Washington Post nəşri yerli rəsmilərə və səhiyyə işçilərinə istinadla məlumat yayıb.
“Son günlər ABŞ-ın böyük hissəsini bürüyən isti hava dalğasının bir həftə ərzində azı 28 nəfərin ölümünə səbəb olduğu güman edilir”, - deyə nəşr yazır.
Ölüm hallarının çoxu Kaliforniyada baş verib. Baş həkim Mişel Cordenin ofisi istiliklə bağlı 14 ölüm faktını araşdırır. Corden, həmçinin qeyd edib ki, ölənlərin dəqiq sayını müəyyən etmək günlər və ya həftələr çəkə bilər.
Nəşr yazır ki, Oreqon Dövlət Tibbi Ekspertiza İdarəsi istidən öldüyü ehtimal edilən on nəfərin olduğunu bildirib. Onlardan 6 nəfəri Portlenddə həyatını itirib.
İctimai səhiyyə ekspertlərinin fikrincə, ölənlərin rəsmi sayı çox güman ki, az göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]