ABŞ-DA NAMƏLUM ŞƏXS UNİVERSİTET ŞƏHƏRCİYİNDƏ ATƏŞ AÇMIŞDIR
Hadisə Duquesne Universitetinin ərazisində, tələbələrin əyləncə gecəsindən sonra baş vermişdir. Yataqxananın yanından keçərkən iki basketbolçu, ehtimala görə, əyləncə gecəsində özünü ləyaqətsiz aparmış naməlum kişi ilə danışmışdır. Cavanlar onu sakitləşdirməyə çalışmış, lakin uğursuz cəhdlərdən sonra ondan üz çevirib getməyə başlamışlar. Bu zaman kişi tapança çıxarıb atəş açmışdır.
Yaxınlıqda olan və yüyürüb köməyə gələn daha bir neçə basketbolçu da güllə yarası almışdır. Müxtəlif məlumatlara görə, hadisə yerində 6-dan 12-dək atəş eşidilmişdir.
Universitetin prezidenti Çarlz Dogerti bildirmişdir ki, atəş açan və onu müşayiət edən bir qrup adam tələbə deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]