ABŞ-da şatdaunu dayandırmaq üçün növbəti səsvermə uğursuz olub
Vaşinqton, 7 oktyabr, AZƏRTAC
Lehinə 52, əleyhinə 42 səslə Respublikaçılar Partiyasının hökuməti noyabrın 21-nə qədər maliyyələşdirməyi nəzərdə tutan qısamüddətli qanun layihəsi lazım olan 60 səsi toplaya bilməyib. AZƏRTAC-ın məlumatına görə, ən azı növbəti səsverməyə qədər şatdaun qüvvədə qalıb.
Demokratlar Partiyasından olan senatorlar Con Fetterman, Katrin Kortez Masto və müstəqil senator Anqus Kinq layihənin lehinə səs verib. Onlar ötən həftəki səsvermədə də bu addımı atmışdılar. Kentukkidən olan senator Rand Pol yenə layihənin əleyhinə çıxan yeganə Respublikaçılar Partiyasının təmsilçisi olub.
Bu gün, həmçinin Demokratlar Partiyasının da şatdauna son qoymaq üçün irəli sürdüyü layihə üzrə səsvermə baryeri keçməyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]