ABŞ-DA UŞAQLARIN PROBLEMLƏRİ İLƏ BAĞLI II ÜMUMDÜNYA KONFRANSI KEÇİRİLMİŞDİR
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransda kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqların maraqlarının, problemlərinin araşdırılması, ölkələrarası övladlığa verilmə qaydaları, bununla bağlı çətinliklərin aradan qaldırılması yolları müzakirə olunmuşdur.
Azərbaycan Respublikasının İnsan Hüququları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndəsi çıxışında respublikamızda uşaq hüquqlarının qorunması, mövcud problemlər, kimsəsiz uşaqların vəziyyəti və övladlığa verilmə prosesləri barədə danışmışdır.
Konfransda mövzu üzrə ayrı-ayrı işçi qruplarda müzakirələr aparılmışdır.