ABŞ gələcəkdə Ukraynaya döyüş təyyarələrinin çatdırılmasına icazə verib
Bakı, 14 fevral, AZƏRTAC
ABŞ Rusiya ilə münaqişə uzandıqca öz döyüş təyyarələrini Ukraynaya göndərə və ya digər ölkələrdə xidmətdə olan F-16 qırıcılarının təkrar ixracına icazə verə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, qırıcı təyyarələrin tədarükü bu gün NATO müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden yanvarın 31-də bildirmişdi ki, Vaşinqton F-16 qırıcılarını Ukraynaya verməyəcək. Nəşr qeyd edir ki, Kiyev hakimiyyəti Qərb döyüş təyyarələrini almağı uzunmüddətli məqsəd kimi nəzərdən keçirir, hazırda isə əsas diqqət Ukraynaya döyüş sursatlarının göndərilməsinə yönəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]