ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələri İnnovasiyalar Agentliyində olublar
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da ABŞ-ın ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə mütəxəssisi Asif Navaz, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədəki missiya direktoru Cey Sinkh və USAID-in layihələrin idarəedilməsi üzrə mütəxəssisi Emin Məmmədli İnnovasiyalar Agentliyində olublar.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar Yüksək Texnologiyalar Parkında (YT Park) yaradılmış şəraitlə, burada fəaliyyət göstərən laboratoriya, Biznes İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olublar. Sonra Yüksək Texnologiyalar Parkının əməkdaşları İnnovasiyalar Agentliyinin gələcək plan və fəaliyyəti haqqında qonaqlara məlumat veriblər.
Görüş zamanı Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli gələcək əməkdaşlıq və birgə fəaliyyətlə bağlı təkliflər irəli sürüb, USAID-in nümayəndələri ilə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:27]
Beş ayda ölkədə istehsal edilən tikinti materiallarının həcmi açıqlanıb
- 18.06.2026 [12:20]
Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb
- 18.06.2026 [11:44]
İkinci rübdə neft daşınmalarının 4,8 faiz azalması gözlənilir
- 18.06.2026 [11:41]