Şotlandiyalı peşəkar boksçu faciəvi şəkildə vəfat edib
Bakı, 18 iyun, AZƏRTAC
Şotlandiyalı peşəkar boksçu Kolin Kerni 22 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, hadisə Tailandın Puket adasında baş verib. Məlumata görə, idmançı sürücü ilə ödəniş məsələsi ilə bağlı mübahisədən sonra hərəkətdə olan üçtəkərli taksidən yıxılıb və ağır kəllə-beyin travması alıb.
Təcili yardım əməkdaşları onu səhər saatlarında huşsuz vəziyyətdə yol kənarında aşkarlayıblar. Kerni əvvəlcə Patonq xəstəxanasına, daha sonra isə Vaçira Puket xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerindəki müşahidə kameralarının görüntüləri insident zamanı boksçunun itələnməsi və ya ona qarşı fiziki zorakılıq tətbiq edilməsi ehtimalını istisna edib. İlkin araşdırmaya əsasən, idmançının nəqliyyat vasitəsindən yıxıldığı bildirilir. O, peşəkar karyerası ərzində keçirdiyi 10 döyüşün hamısında qələbə qazanıb.
Kolin Kerninin vəfatı Şotlandiya Boks Federasiyası və Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [11:20]
Ronaldu dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir
- 18.06.2026 [11:08]
Formula 1: “Maklaren” FIA-nın qərarından apellyasiya şikayəti verib
- 18.06.2026 [10:41]
Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatının qalibi olublar
- 18.06.2026 [08:05]
Dünya çempionatı: Kolumbiya Özbəkistana qalib gəlib
- 18.06.2026 [05:04]