Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb
Bakı, 18 iyun, AZƏRTAC
Yaz-tarla işləri ilə yanaşı, kənd təsərrüfatı məhsullarının yığımına da başlanılıb və iyun ayının 1-nə kimi tarlalardan 443,6 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,5 faiz çox tərəvəz, 168,9 min ton (0,1 faiz çox) kartof, 54 min ton (55,4 faiz çox) meyvə və giləmeyvə, 30,6 min ton (69,1 faiz az) dənli və dənli paxlalı bitkilər, 556,0 ton (11,5 faiz çox) yaşıl çay yarpağı yığılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
May ayında əvvəlki ayla müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,2 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 2,5 faiz, heyvandarlıq məhsulları üzrə 0,1 faiz azalıb. Cari ilin may ayında əvvəlki ayla müqayisədə meşə təsərrüfatı, balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymət indeksi üzrə dəyişiklik baş verməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:27]
Beş ayda ölkədə istehsal edilən tikinti materiallarının həcmi açıqlanıb
- 18.06.2026 [11:44]
İkinci rübdə neft daşınmalarının 4,8 faiz azalması gözlənilir
- 18.06.2026 [11:41]