Nigerin paytaxtında hava limanı ərazisində partlayış və atışma səsləri eşidilib
Bakı, 18 iyun, AZƏRTAC
Nigerin paytaxtı Niameydə yerləşən hava limanı ərazisində partlayışlar və atışma səsləri eşidilib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, hadisə cümə axşamı səhər saatlarında baş verib. Şahidlərin sözlərinə görə, ilk partlayışlar yerli vaxtla saat 06:00 radələrində qeydə alınıb və bir müddət sonra da atəş səsləri eşidilib. Məlumata görə, təhlükəsizlik qüvvələri hava limanı ərazisini mühasirəyə alıb. Obyektin hücuma məruz qaldığı bildirilib.
Qeyd edək ki, Niger və qonşu Mali, Burkina Faso ölkələri son illərdə terror qruplarının hücumları ilə üzləşir. Regionda bu qrupların fəaliyyəti təhlükəsizlik vəziyyətini mürəkkəbləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:00]
Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]
Almaniyanın iki hərbi gəmisi Qırmızı dənizə daxil olub
- 18.06.2026 [12:02]