ABŞ-ın Dövlət katibi Antoni Blinken Varşavaya gəlib
Bakı, 12 sentyabr, AZƏRTAC
ABŞ-ın Dövlət katibi Antoni Blinken bu gün səhər saatlarında Varşavaya gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ səfirliyi “X” platformasında məlumat verib. Bir gün əvvəl isə Blinken və onun britaniyalı həmkarı Devid Lemmi Ukraynaya səfər etmişdilər.
“Bu səfər ABŞ və Polşa arasında sıx və möhkəm tərəfdaşlığı bir daha təsdiqləyir və Ukraynaya ortaq dəstək öhdəliyimizi vurğulayır”, - deyə səfirlik qeyd edib. Həmçinin bildirilir ki, Blinkenin Varşavaya səfəri “bizim alyansımızın mühüm rolunu və qlobal problemlərin həllində əməkdaşlığın davam etdirilməsinin vacibliyini” nümayiş etdirir.
Antoni Blinkenin bu gün Polşa Prezidenti Anjey Duda və Baş nazir Donald Tusk ilə görüşü planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]