ABŞ-ın Dövlət katibi G7 qrupundakı həmkarları ilə Rusiyadakı vəziyyəti müzakirə edib
Bakı, 24 iyun, AZƏRTAC
ABŞ-ın Dövlət katibi Entoni Blinken Yeddilər qrupunun (G7) xarici işlər nazirləri və Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrellə Rusiyadakı vəziyyəti müzakirə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Mettyu Millerin danışıqların nəticələri barədə yazılı bəyanatında deyilir.
“Dövlət katibi Entoni Blinken Rusiyada yaranan vəziyyəti müzakirə etmək üçün Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniyanın xarici işlər nazirləri, həmçinin Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrellə telefon danışığı aparıb”, - deyə bəyanatda bildirilir.
Mettyu Millerin sözlərinə görə, vəziyyət inkişaf etdikcə Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə sıx əlaqə saxlayacaq. “ABŞ-ın Dövlət katibi Rusiyadakı vəziyyətdən asılı olmayaraq, Vaşinqtonun Ukraynaya dəstəyinin dəyişməyəcəyini təsdiqləyib”, - deyə diplomat əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]