ABŞ Kərkük-Ceyhan neft kəmərinin yenidən işə salınmasını istəyir
Bakı, 26 fevral, AZƏRTAC
ABŞ Dövlət katibi Marko Rubio və İraqın Baş naziri Məhəmməd əl-Sudani İraq və Türkiyə arasında neft kəmərinin yenidən işə salınmasının zəruriliyini müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət departamentinin bəyanatında deyilir.
“Tərəflər Bağdadın enerji müstəqilliyinə nail olunmasının, Kərkük-Ceyhan boru kəmərinin tezliklə yenidən işə salınmasının və İraqda fəaliyyət göstərən Amerika şirkətlərinin müqavilə şərtlərinə əməl edilməsinin vacibliyinə dair razılığa gəliblər”, - deyə bəyanatda bildirilir.
Bir müddət öncə Bağdad İraq Kürdüstanında çıxarılan neftin Kərkük-Ceyhan neft kəməri ilə Türkiyəyə ixracını bərpa etməyə hazır olduğunu bəyan edib.
Xatırladaq ki, Kərkük-Ceyhan boru kəməri ilə neftin nəqli 2023-cü ilin martında beynəlxalq məhkəmədə Bağdadın Ankaraya qarşı iddianı qazanmasından sonra dayandırılıb. Buna Türkiyənin dövlət neft-qaz şirkəti BOTAŞ-ın Bağdadın rəsmi icazəsini və razılığını almadan İraq Kürdüstanından dünya bazarına neft çıxarması səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]