ABŞ MƏKTƏBLƏRİ MƏZUNLARININ 70 FAİZİ OXUDUĞUNU BAŞA DÜŞMÜR
Savadlılığın tədqiqi prosesində respdondentlərin oxuduqlarını nə dərəcədə anladıqları qiymətləndirilmişdir. Məsələn, onlardan iki qəzet məqaləsindəki nöqteyi-nəzərləri tutuşdurmağı və ya dərman etiketində yazılmış həkim tövsiyələrini başa salmağı xahiş etmişlər. Bu zaman onların məktəbi yaxınlarda və ya bir neçə il əvvəl bitirdiyi nəzərə alınmırdı.
Milli Mərkəzin məlumatına görə, ali məktəblərin məzunları belə testlərin öhdəsindən məktəb məzunlarına nisbətən bir qədər yaxşı gəlirlər. Əgər 2003-cü ildə qısa bir mətndən diplomlu respondentlərin 41 faizi baş çıxarmışdısa, 1992-ci ildə həmin göstərici 10 faiz yüksək olmuşdur.
Mərkəzin əməkdaşı Mark Şneyder demişdir: “Ən çox həyəcan doğuran budur ki, bizim testlərdə söhbət fransız yazıçısı Marsel Prustun romanlarını başa düşməkdən getmir. Biz insanın etiketdə yazılanları oxuya bilib-bilmədiyini yoxlayırıq”.
Mərkəzin mütəxəssisləri amerikalı gənclər arasında savadlılıq səviyyəsinin belə kəskin şəkildə aşağı düşməsinin səbəbini izah edə bilmirlər. Şneyderin fikrincə, məsələ ondadır ki, məktəb və kolleclər yeni nəsil nümayəndələrinə təhsil sahəsində yanaşma üsullarını hələ düşünüb tapmamışlar. Halbuki ABŞ-da orta məktəb məzunlarının sayı ildən-ilə artır.