ABŞ Məzari Şərif-Kabil-Peşavar dəmir yolu xəttinin tikintisində Özbəkistana kömək edəcək
Daşkənd, 13 yanvar, AZƏRTAC
Amerika Birləşmiş Ştatları Məzari Şərif-Kabil-Peşavar regional dəmir yolu xəttinin tikintisində Özbəkistana kömək edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə razılıq Özbəkistanın Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakovun ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının (DFC) icraçı direktoru Adam Bolerlə görüşündə əldə olunub. Bildirilib ki, birgə layihəyə 1 milyard dollardan çox maliyyə vəsaiti cəlb ediləcək.
DFC-in icraçı direktoru Cənubi və Mərkəzi Asiya arasında nəqliyyat-kommunikasiya əlaqələrinin möhkəmlənməsində və region dövlətlərinin sabit inkişafında layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Birgə layihələri və təşəbbüsləri, əməkdaşlığın yeni istiqamətlərini həyata keçirmək, DFC-in Mərkəzi Asiya regionu dövlətləri ilə tərəfdaşlığını əlaqələndirmək məqsədilə Daşkənddə korporasiyanın daimi nümayəndəliyinin açılması haqqında razılıq əldə olunub. Tərəflər layihələrin tezliklə həyata keçirilməsi üçün birgə yol xəritəsi qəbul etməyi qərara alıblar.
Görüşdə, həmçinin tərəflər arasında energetika, infrastruktur layihələri, əczaçılıq, kimya sənayesi və kənd təsərrüfatı sahələrində konkret layihələrin maliyyələşdirilməsi məsələləri də müzakirə olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]