ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb
Bakı, 10 mart, AZƏRTAC
ABŞ neft qiymətləri ilə bağlı proqnozunu yüksəldib.
AZƏRTAC Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, cari ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 60,67 dollar olacağı nəzərdə tutulur. Ötənaykı proqnoz isə 53,20 dollar/barrel idi. Mart və aprel aylarında qiymətin 65-70 dollar səviyyəsində qalacağı gözlənilir.
EIA bildirib ki, ilin birinci yarısında “Brent”in orta qiyməti 63 dollar/barrel, ikinci yarımildə isə 58 dollar/barrel olacaq. Gələn il “Brent” neftinin orta qiyməti 59 dollar/barrel təşkil edəcək. Əvvəlki proqnoz 55,19 dollar/barrel idi.
“Light” markalı xam neftin orta qiymətinin bu il 57,24 dollar/barrel, növbəti ildə isə 54,75 dollar/barrel olacağı gözlənilir. Ötənaykı proqnozda bu rəqəmlər 2020-ci il üçün 50,21 dollar/barrel, 2021-ci il üçün 51,56 dollar/barrel olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]