ABŞ Prezidenti Harris-Tramp debatını Nyu-Yorkdan izləyəcək
Vaşinqton, 10 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden prezidentliyə namizədlər Kamala Harris və Donald Trampın ilk debatını Nyu-Yorkdan izləyəcək.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer açıqlama verib. Onun sözlərinə görə, Bayden 11 sentyabr hadisələrinin ildönümü ilə bağlı Nyu-Yorkda səfərdə olacaq.
Qeyd edək ki, sentyabrın 10-da yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 11 sentyabr saat 05.00) “ABC News” kanalında Kamala Harris və Donald Trampın ilk debatı təşkil olunacaq. Debat Filadelfiya Milli Konstitusiya Mərkəzində keçiriləcək. Paralel olaraq “ABC News Live”, “Disney+” and “Hulu”da canlı yayımlanacaq.
Debatın moderatorları Devid Myuir və Linsi Devis olacaq. Hər bir çıxışçı danışarkən digərinin mikrofonu bağlı olacaq. Debat 2 dəfə reklam fasiləsi olmaqla 90 dəqiqə çəkəcək. Müzakirə keçirilən otaqda yalnız moderatorlar olacaq, tamaşaçılar buraxılmayacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]