ABŞ Prezidenti Qəzzada müvəqqəti atəşkəsə nail olunmasının vacibliyini bildirib
Bakı, 17 fevral, AZƏRTAC
Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi üçün Qəzza zolağında müvəqqəti atəşkəsə nail olunması vacibdir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.
"Son həftədə mən İsrailin Baş naziri Binyamin Netanyahu ilə hər biri təxminən bir saat olmaqla ətraflı danışıqlar apardım. Mübahisələr etdim və qəti şəkildə əminəm ki, girovları azad etmək üçün müvəqqəti atəşkəs lazımdır. Ümid edirəm ki, bu, yaxın vaxtlarda həyata keçiriləcək”, - deyə ABŞ lideri qeyd edib.
Bayden əlavə edib ki, yeni müqavilə üzrə danışıqlar davam edir. O, İsrailin yaxın vaxtlarda anklavda hər hansı hərbi əməliyyatın keçirməyəcəyinə ümid etdiyini bildirib. "Biz elə bir vəziyyətdəyik ki, təkcə israillilər deyil, amerikalı girovlar da var. Ümid edirəm ki, amerikalıları evlərinə qaytarmaq üçün onların azad edilməsinə nail olacağıq", - deyə dövlət başçısı vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]