ABŞ Slovakiyaya Ukrayna ilə sərhədini möhkəmləndirməyə kömək edəcək
Bakı, 9 sentyabr, AZƏRTAC
ABŞ Slovakiyaya Ukrayna ilə sərhədini möhkəmləndirmək üçün 3,6 milyon dollar vəd edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Bratislavadakı səfirliyinin saytında bildirilib.
Qeyd olunub ki, növbəti iki il ərzində ABŞ Slovakiyanın şərq sərhədini möhkəmləndirmək üçün təlim keçməklə yanaşı, avadanlıqla da təmin edəcək.
Birləşmiş Ştatlar Slovakiyaya ölkəyə daxil olan insanların qeydiyyatını aparmağa və müxtəlif növ sərhəd pozuntuları, o cümlədən pilotsuz uçuş aparatları ilə mübarizə aparmağa kömək edəcək. Vəsait ABŞ Dövlət Departamenti və ABŞ Daxili Təhlükəsizlik Departamenti tərəfindən təmin olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]