Abşeron Rayon Mərkəzi Xəstəxanasında son tamamlama işləri görülür
Xırdalan, 17 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalan şəhərində inşa edilən Abşeron Rayon Mərkəzi Xəstəxanasında son tamamlanma işləri aparılır.
AZƏRTAC xəbər verir ki, Bakı-Sumqayıt yolunun yaxınlığında yerləşən 145 çarpayılıq xəstəxana binası 3 mərtəbəlidir. Tibb ocağında 2 əməliyyat bloku, reanimasiya, cərrahiyyə, doğum, ginekologiya, pediatriya, dializ şöbələri, laboratoriya və poliklinika, həmçinin təcili tibbi yardım fəaliyyət göstərəcək. Bununla yanaşı, inzibati korpus da nəzərdə tutulub. Xəstəxananın müasir avadanlıqla təchiz edilməklə tezliklə istifadəyə verilməsi planlaşdırılır.