Abşeronda Qarabağ qazilərinin iştirakı ilə “Gənclər gələcəyimizdir” adlı görüş təşkil edilib
Xırdalan, 1 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mədəniyyət Mərkəzində xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq “Gənclər gələcəyimizdir” adlı görüş təşkil edilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə 2-ci Qarabağ müharibəsi qaziləri - Prezident İlham Əliyev tərəfindən “Füzulinin azad olunması uğrunda”, “Cəbrayılın azad olunması uğrunda” medalları ilə təltif olunan Məhəmməd Cəfərzadə, “Xocavəndin azad olunması uğrunda”, “Füzulinin azad olunması uğrunda”, “Cəbrayılın azad olunması uğrunda” medalları ilə təltif olunan Anar Səfiyev, Birinci Qarabağ müharibəsi qazisi, Xalq artisti Şükufə Musayeva, Abşeron rayonu üzrə nümayəndə, Əməkdar mədəniyyət işçisi İlham Manafov və digərləri iştirak ediblər.
Layihənin məqsədi cəmiyyətdə, xüsusən də gənclər arasında vətənpərvərlik və milli şüur hissinin gücləndirilməsi sahəsində maarifləndirmə işini düzgün şəkildə aparmaqdır.
Görüşdə mərkəzin nəzdində fəaliyyət göstərən “Bədən tərbiyəsi və idman-sağlamlıq” kursunda fəal iştirakı ilə fərqlənən üzvlər fəxri fərmanla təltif olunublar.