REGİONLAR
Abşeronda şəhidlərin ildönümləri qeyd olunur
![](/files/galleryphoto/2023/3/1200x630/169729089123384686_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16972908913296940269_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16972908911662611279_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16972908915918216442_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16972908912364435275_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1697290891467608306_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16972908912614838335_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16972908913707315317_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16972908913660648413_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/169729089156318472_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16972908911684051779_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16972908915064029618_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16972908913814314109_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16972908913024820020_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16972908914992016258_1200x630.jpg)
Xırdalan, 14 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan abşeronlu igidlərin bu günlərdə ildönümləri qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin iştirak etdikləri anım tədbirlərində şəhidlər Atayev Nicat Habil oğlu, Sadıqov Rahid Vahid oğlu, Dövlətzadə Cəbrayıl Dövlət oğlu, Ağakişiyev Nurlan Etibar oğlu, Quliyev Hətəmxan Məti oğlu, Nəcəfov Şamil Rəfi oğlu, Ələsgərov Ələkbər İsgəndər oğlu, Ataşov Asif Kərim oğlu, Həsənov Elşad Paşa oğlu, Mecdunov Xalid Zahir oğlu, Rəhimli Ülvi Rabil oğlu, Üseynov Ceyhun Elşad oğlu, Xəlilbəyli Turqut Nadir oğlu, Məmmədov Tərlan Müşviq oğlu, Musibov Veysəl Yadulla oğlu, Alxaslı Rəvan Cəmil oğlu, Sadıqov Rəsul Həşim oğlu, Mustafayev Nurlan Hamlet oğlu, Mikayılov Azər Əmrah oğlu, Musayev Vüsal Zakir oğlu, Əliyev Malik Təvəkkül oğlunun məzarları ziyarət edilib, ruhlarına dualar oxunub, ailələri ilə görüş zamanı onların qayğıları və problemləri ilə maraqlanılıb.
Həmçinin Vətən müharibəsində böyük igidlik göstərmiş, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunan şəhid baş leytenant İlqar Vəliyevin 50 illik yubileyinə həsr olunan tədbir keçirilib.