“ABU” İTALİYA KOMANDASINA QALİB GƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 7-də “ABU Arena” idman kompleksində qadın həndbol komandaları arasında “Challenge Cup” turnirinin üçüncü mərhələsi çərçivəsində ölkə çempionu “ABU” İtaliyanın “RİAM Ascensori” klubunu qəbul etmişdir. Görüşün əvvəlindən təşəbbüsü ələ alan Rəfiqə Şabanovanın yetirmələri ilk hissəni 19:12 hesabı ilə başa vurmuşlar.
Üstünlüyü ikinci hissədə də davam etdirən həndbolçularımız inamlı oyunları sayəsində İtaliya klubunu 36:26 hesabı ilə məğlubiyyətə uğratmışlar.
İtaliya çempionatında 11 oyunun hamısını qələbə ilə başa vuran “RİAM Ascensori” komandası hazırda ölkə çempionatının lideridir. Cavab görüşü yanvarın 14-də İtaliyada keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]