ABXAZİYALI QAÇQINLARI TBİLİSİNİN “İVERİYA” MEHMANXANASINDAN KÖÇÜRMƏYƏ HAZIRLAŞIRLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, keçən əsrin 90-cı illərinin əvvəllərində məlum gürcü-abxaz münaqişəsindən sonra doğma yurd-yuvalarından qaçqın düşənlərin bir hissəsi Tbilisidəki “İveriya” mehmanxanasında məskunlaşdırılmışdı. Tbilisi şəhər bələdiyyəsi mehmanxanada yaşayan qaçqınlar üçün şəhərin müxtəlif rayonlarında mənzil alıb onları yerləşdirməyi nəzərdə tutmuşdur. Hər qaçqın ailəsinə mənzil almaq üçün 7 min ABŞ dolları məbləğində pul ayrılmışdır. Qaçqınlardan bəziləri bələdiyyənin bu qərarından narazılıq edir, 7 min dollarlıq mənzilin onların tələbatını ödəməyəcəyini bildirirlər. Həmçinin onlar həmin mənzillərə köcürüldükdən sonra kommunal xidməti güzəştlərindən məhrum ediləcəklərindən də ehtiyatlanırlar.
Tbilisi şəhər bələdiyyəsinin başçısı Zurab Ciaberaşvili “İveriya” mehmanxanasının yaxın günlərdə mütləq boşaldılacağını və şəhərin simasını bərpa etmək üçün lazım gələn bütün tədbirlərin həyata keçiriləcəyini bildirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]