Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADA Universiteti: təhsil və beynəlxalq tərəfdaşlıq müstəvisində

ADA Universiteti: təhsil və beynəlxalq tərəfdaşlıq müstəvisində

Bakı, 2 may, AZƏRTAC

2006-cı ilin martında Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası kimi təsis edilmiş, dövlətimizin başçısının 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə universitet statusu alan ADA-nın bu günə qədər keçdiyi şərəfli yol Azərbaycanın nəinki təhsil sistemində, həmçinin ictimai-siyasi həyatında mühüm yer tutur. Universitet öz çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın təhsil ənənələrini qoruyub-saxlamaq, uğurla davam etdirməklə yanaşı, həyata keçirdiyi layihələrlə ölkəmiz haqqında həqiqətlərin dünyada təbliği işinə dəyərli töhfələr verir.

AZƏRTAC ADA Universitetinin fəaliyyətinə təhsil və beynəlxalq tərəfdaşlıq müstəvisində nəzər salır.

ADA Universitetinin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəyə çevrilib

Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. İyirmi üç ölkədən 40 nümayəndənin iştirak etdiyi beynəlxalq konfransda Prezident İlham Əliyevin ADA haqqında söylədiyi “o, Azərbaycanda çox yüksək səviyyəli təhsili, çox yaxşı beynəlxalq əlaqələri ilə seçilən və genişlənən aparıcı universitetlərdən biridir” fikri bu ali təhsil ocağının rəhbərliyinin və kollektivinin gərgin əməyinin uğurlu nəticələrindən xəbər verir.

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası hələ ötən il aprelin 13-də ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranıb. Ötənilki konfransı xatırladan Prezident İlham Əliyev bunları da diqqətə çatdırıb: “Sonuncu dəfə biz ötən ilin aprelində burada görüşdük və münaqişədən sonrakı vəziyyətə aid bir çox məsələləri müzakirə etdik. Əlbəttə ki, planlarımızı, niyyətlərimizi daha yaxşı anlamaq və görülmüş işləri nəzərdən keçirmək məqsədilə bizim üçün və fikrimcə, beynəlxalq ictimaiyyət üçün bu ənənəvi görüşlərin təşkili çox vacibdir.

Şadam ki, ADA Universiteti belə mühüm təşəbbüslə çıxış etdi”.

Bu məqamda ADA Universitetinin çoxşaxəli fəaliyyətində bir məsələni də xatırlamaq yerinə düşər. Belə ki, ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini 2021-ci ilin yanvarından başlayaraq uğurla həyata keçirib.

Qeyd edək ki, 2021 və 2022-ci illərdə ADA Universitetinin uğurla ev sahibliyi etdiyi bu beynəlxalq tədbirlər Azərbaycanın Vətən müharibəsində Qələbəsi və Cənubi Qafqazda yeni reallıqların yaranması ilə bilavasitə bağlıdır. Möhtəşəm Zəfər ADA Universitetinin fəaliyyətində də yeni istiqamətlər açıb. Bu baxımdan rektor Hafiz Paşayevin “44 günlük Zəfər Yolu” mövzusunda konfrans-sərgidə söylədiyi “Zəfərin bizə verdiyi imkanlardan istifadə etməliyik. Biz görürük ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan proqram üzrə işlər necə məharətlə, sürətlə gedir. Qələbə, əlbəttə, ilkin addımdır, ondan sonra biz gərək o həyatı bərpa edək, sülhün üzərində çalışaq. Biz Azərbaycan xalqı kimi, xüsusilə cavanlar bu Qələbəyə, şərəfli Zəfərimizə layiq olmalıyıq, onu möhkəmləndirməliyik”, - fikirlərini xatırlamaq yerinə düşər.

Bu il ADA Universitetində, həmçinin BMT ilə Azərbaycan arasında tərəfdaşlığın 30-cu ildönümünə həsr olunmuş üçgünlük BMT Modeli Konfransının açılışı (13 aprel), habelə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyilə ADA Universiteti və Azərbaycan UNESCO Klubları Assosiasiyasının (AZUKA) əməkdaşlığı çərçivəsində növbəti UNESCO klubunun təqdimatı (2 aprel) keçirilib.

İtaliya-Azərbaycan Universitetinin akademik proqramları iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək

Prezident İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışının əvvəlində onu da xatırlatdı ki, bu yaxınlarda təhsildə yeni beynəlxalq tərəfdaşlıq formatı qurulub: “Əminəm ki, yaxın zamanlarda ADA yanında İtaliya-Azərbaycan Universiteti öz qapılarını tələbələrin üzünə açacaq”.

Xatırladaq ki, aprelin 2-də ADA Universitetinin kampusunda təməli qoyulmuş İtaliya-Azərbaycan Universiteti Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq dövlətimizin başçısının 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. ADA-nın bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı - Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub. Bu xüsusda, keçən il ADA Universiteti ilə İtaliyanın adıçəkilən universitetləri arasında İtaliya-Azərbaycan Universitetinin yaradılması və bu istiqamətdə akademik əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Burada tədris olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, o cümlədən şəhərsalma və landşaft memarlığı, dizayn (interyer dizaynı, məhsul və xidmət dizaynı, kommunikasiya dizaynı), sosial elmlər, o cümlədən biznesin idarəolunması, italiyaşünaslıq, innovasiya və sahibkarlıq istiqamətləri üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq olunacağı elm və bilik ocağı olacaq.

Yüksəkixtisaslı kadr hazırlığına yönələn proqramlar

Yüksəkixtisaslı kadr hazırlığı ADA Universiteti fəaliyyətə başladığı vaxtdan bəri qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir. Bu ali təhsil ocağını ölkəmizdə fərqləndirən başlıca xüsusiyyətlərdən biri isə onun həyata keçirdiyi bənzərsiz təhsil və təlim proqramlardır. Bu baxımdan, ADA Universiteti nəzdində yaradılmış İnkişaf və Diplomatiya İnstitutunun bu yaxınlarda həyata keçirdiyi Xarici Siyasət Proqramını qeyd etmək kifayət edər. Məşğələ və seminarlarının ikinci mərhələsini aprel ayında yekunlaşdırmış bu proqramın əsas məqsədi dövlət və özəl sektorda fəaliyyət göstərən mütəxəssislərin peşəkar inkişafını dəstəkləməkdir. Xatırladaq ki, ADA Universiteti ötən il sentyabrın 21-dən dekabrın 15-dək Azərbaycanın 20-dən çox ölkəsindəki səfirlik və nümayəndəliklərini, nazirliklər də daxil olmaqla, müxtəlif dövlət qurumlarını təmsil edən iştirakçılara “Diplomatlar üçün Xarici Siyasət Proqramı”nı təqdim edib. Ötən il, həmçinin İxtisasartırma Proqramlarının Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (Agentlik, AlDA) ilə birgə təşkil etdiyi “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı”, eləcə də “Xəzər Hövzəsi Araşdırmaları Proqramı” uğurla tamamlanıb.

Universitetin əməkdaşlıq əlaqələri

ADA Universitetinin əməkdaşlıq əlaqələri istər ölkə xaricində, istərsə də ölkə daxilində daim genişlənir. ADA ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında akademik tərəfdaşlığa dair razılaşmaya əsasən, universitetlər Bakıda və Vaşinqtonda tədris olunan birgə proqramlar həyata keçirir, pedaqoji heyətin inkişafı üzrə əməkdaşlıq edir və birgə tədqiqat layihələri aparırlar. Proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” vasitəsilə, BP və tərəfdaşları tərəfindən maliyyələşdirilir.

ADA Universitetinin ölkə daxilində əməkdaşlıq əlaqələri həm tədrisdə, həm də ali təhsil müəssisəsi və qurumlar, ali təhsil müəssisəsi və özəl sektorlar arasında yenilikçi əlaqələrə öz töhfəsini verir. Bu baxımdan, Universitetin Medianın İnkişafı Agentliyi, Azərbaycan Beynəlxalq Bankı, “Unibank”, “Bank Respublika”, “PAŞA Bank”, “PAŞA Həyat”, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Aqrar Sığorta Fondu və digər qurumlarla əməkdaşlıq əlaqələrini qeyd etmək olar.

ADA-nın kampus modeli “Ali Təhsil İdarəçiləri Forumu”nun diqqət mərkəzində oldu

ADA Universiteti bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Ali Təhsil İdarəçiləri Forumu”nda uğurla təmsil olunub. Forum 50 ölkədən 400 nəfərdən çox dinləyicinin, 40 nəfərə yaxın təqdimatçının iştirakı ilə çıxış, debat və dəyirmi masa müzakirələri əsasında təşkil edilib. Universitetin hibrid təhsil ilə bağlı əldə etdiyi təcrübə və bu istiqamət üzrə nəzərdə tutduğu növbəti hədəflər beynəlxalq təhsil müəssisələrinin böyük marağına səbəb olub. Bu barədə AZƏRTAC ilə təəssüratlarını bölüşmüş akademik işlər üzrə prorektoru Vəfa Kazdal qeyd edib ki, təhsil müəssisəsinin Forumda təmsil olunmasının iki səbəbi olub. Birinci səbəb ADA Universitetinin ali təhsildə mükəmməllik mükafatı üzrə 90-dan artıq müraciət edənlər arasından seçilən üç namizəd universitetdən biri olması idi. Digər iki universitet Pakistanın Ağa Xan Universiteti və İspaniyanın dünya reytinqlərində yüksək yerlərdən birini tutan Barselona Universiteti idi. İkinci səbəb isə ADA Universitetinin hibrid təhsil ilə bağlı əldə etdiyi təcrübəni və bu istiqamət üzrə nəzərdə tutduğu növbəti hədəflərini beynəlxalq təhsil müəssisələri ilə bölüşmək idi.

Prorektorun fikirlərinə istinadla deyə bilərik ki, kampuslar bilik mərkəzlərindən (knowledge-hub) sosial mərkəzlərə (social hub) çevrilməkdədir. Belə ki, kampuslar sinif otağından daha çox sosiallaşma, əməkdaşlıq, axtarış, yaradıcılıq və eksperiment üçün açıq laboratoriya və məkan olmalıdır. Məhz bu cür kampuslara nümunə kimi sosial mərkəz konsepsiyası üzərində dizayn olunan, gələcəyə yönəlik ADA kampus modelini göstərə bilərik. Hətta bu konsepsiya ADA Universitetinin genişlənməsi ilə bağlı strateji planlarında da öz əksini tapıb. Ümumiyyətlə, ADA Universiteti dizaynla bağlı istər hazırkı, istərsə də gələcək strategiyalarında hər zaman sinif otaqlarından çox geniş əməkdaşlıq və sosiallaşma məkanlarının qurulmasına önəm verir.

Təhsildə milli təəssübkeşlik və ya ADA-nın layihələri

Prezident İlham Əliyevin “Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 3 noyabr tarixli Sərəncamı ölkəmizdə təhsil ənənələrinə dövlət səviyyəsində diqqətin bariz nümunələrindən biridir. ADA Universitetinin ötən il Seminariyanın tarixi binasının bərpası, eləcə də “Bir müəllimin manifesti” təhsil proqramına başlaması, bu proqramın Qazaxda, ADA Universitetində və Universitetin ABŞ-dakı Mərkəzinin yerləşdiyi Vaşinqtonda reallaşdırılması təhsil tariximizin qürurverici səhifələridir. Bu proqram, əslində rektor Hafiz Paşayevin təşəbbüsü ilə yenidən bərpa olunan, təhsil tariximizin başlanğıc nöqtəsi sayılan Qazax Müəllimlər Seminariyasının 100 ildən sonra tərtib edilən ilk proqramıdır. Bu təşəbbüs yalnız Qazax Müəllimlər Seminariyasının bərpası deyil, həmçinin milli tariximizin və irsimizin bərpası yolunda atılan addımların davamıdır. Proqramın amalı yerli təhsil mühitinə həm yeni müəllimlər qazandırmaq, həm də müəllimlik peşəsinə yeni bir ruh və həvəslə qayıdışa təkan verməkdir.

Rektor Paşayev hər dəfə qeyd edir ki, bu proqramın əsas məqsədi müəllimlərimizdə özlərinə inamı gücləndirməkdir. Hər zaman olduğu kimi sadə, amma incə və dərin düşüncədir. Özünə inamı olan müəllim özünə inamı olan nəsillər deməkdir. Özünəinam nədir? Özünəinam ən birincisi, öz milli kimliyimizi, irsimizi, mədəniyyətimizi, tariximizi dərindən bilmək, ona dəyər vermək, onunla qürurlanmaqdır. Özünəinam güclü azərbaycançılıq ruhudur. Bu sevginin, qürurun daşıyıcıları məhz vətənpərvərlik ruhu yüksək olan müəllimlərdir. Əgər biz, doğrudan da, o şəhidlərimizi ehtiramla anmaq istəyiriksə, bunu öz əməllərimizlə, yəni gənc nəsli azad dəyərləri olan azərbaycanlılar kimi yetişdirməklə bu borcumuzdan çıxa bilərik.

ADA Universitetinin təşəbbüsü ilə “Azərbaycan” qəzeti və “Vətən dili” dərsliyinin latın qrafikasında nəşr edilərək ictimaiyyətə təqdim edilməsi isə ölkəmizin ictimai-siyasi və təhsil həyatında tarixən mövcud olmuş ən gözəl xüsusiyyətlərin yeni nəsillərə çatdırılması baxımından ADA-nın həyata keçirdiyi dəyərli layihələrdəndir.

ADA Universiteti ölkədə aparılan təhsil islahatlarına öz töhfəsini verir

Bu il martın 3-də ADA Universitetində magistratura təhsil pilləsi üçün Təhsil üzrə menecment və Təlim və tədrisin təşkili və metodikası ixtisaslarının təqdimatının keçirilib. Regionlararası bu proqram Azərbaycan dilindədir və gələcəkdə əhatə dairəsi daha da genişləndiriləcək. Təhsil Nazirliyi və Təhsil İnstitutunun dəstəyilə icra olunan bu proqram müəllimlərin inkişafına töhfə verəcək.

2022/2023-cü tədris ili üçün təklif olunan yeni magistr proqramları növbəti ildən həm ADA Universitetində, həm də universitetin Qazax mərkəzində əyani və distant formada tədris ediləcək. Tədrisin hibrid formada olması nəzərə alınaraq qeyd edilən ixtisaslara qəbul təkcə Qazax rayonundan deyil, digər regionlardan da nəzərdə tutulub. Proqramın sonunda məzun dissertasiya işi, yaxud da praktiki layihə hazırlayacaq.

ADA-nın uğur sirri

Rektor Paşayev Universitetdə elə bir şəffaflıq və hesabatlılıq sistemi qurub ki, burada hər işçi istedadı və bacarığına görə seçilir, öz peşəkarlığını ən yüksək səviyyədə həyata keçirmək üçün ruhlandırılır. İnsanlara inanaraq onlara etibar etmək, cəsarətlə irəliləməyə təşviq edərkən onların yollarında olan maneələri və çətinlikləri aradan qaldırmaq - bütün bunlar və daha çox şey, sözsüz ki, səfir Paşayevin xarakterini əks etdirən bənzərsiz liderlik xüsusiyyətlərindəndir. İnsanlar onunla özlərini güvənli və dəyərli hiss edirlər.

ADA Universitetində “Açıq qapı” siyasətini israrla tətbiq edən məhz Hafiz Paşayevdir. Onun bu siyasəti problemlərin vaxtında həllinə, rəylərin məqamında alınmasına dəyərli töhfə verir. O, səbirlidir, müsahiblərini anlayışla dinləyir.

Rektor Paşayev hər zaman innovasiya, yeni fikirlər, dəyişiklik və inkişaf axtarışındadır. İşlər durğunlaşanda narahatlıq keçirir. Daim qurmaq və yaratmaq istəyir. Onun yeni proqramlar, şöbələr, tədqiqat mərkəzləri və hətta ADA nəzdindəki orta məktəbə dair uzaqgörənliyi Universitetin strategiyasını gözəl müəyyənləşdirir. Diplomat, Səfir, Alim, Pedaqoq, Vətənpərvər, Xarizmatik lider. Bunlar Hafiz müəllimi ən yaxşı səciyyələndirən sözlərdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərqi Zəngəzurda həyata keçirilən bərpa modeli dünya şəhərsalma təcrübəsinə yeni yanaşma gətirir - ŞƏRH

Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar

Zəngilan təkcə bölgənin deyil, böyük bir coğrafiyanın nəqliyyat mərkəzinə çevrilir - ŞƏRH

BNF-in Baş katibi: İnanıram ki, WUF13-də nəqliyyat və mənzil sektorlarına dair maraqlı müzakirələr aparılacaq VİDEO

BNF-in Baş katibi: İnanıram ki, WUF13-də nəqliyyat və mənzil sektorlarına dair maraqlı müzakirələr aparılacaq VİDEO

Rumıniya Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə olub

İsveç cinayətkarlıqla mübarizədə videonəzarəti gücləndirəcək

Makron Fransa və Britaniya hərbçilərinin Hörmüz boğazına yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Sahib Ələkbərov: "Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir

Yunanıstan qədim Roma abidələrini bərpa edəcək

"Neftçi" İdman Klubu Türkiyə təmsilçisi ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir

Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal

Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilib

Qazaxıstandakı Turqay geoglifləri dünyanın ən qədim abidələrindən biri hesab oluna bilər

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

Prezident İlham Əliyevin Şərqi Zəngəzurda müasir şəhərsalma və məskunlaşma siyasəti - ŞƏRH

Parisdə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konsert keçirilib

İsveçdə saam maralçılığı ətrafında münaqişə kəskin hal alıb

Qazi Universitetinin tələbələrinə Heydər Əliyevin dövlətçilik irsi barədə danışılıb

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

Vyanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

İlyas Mirzəyev: Ümidvaram ki, əsərlərim azad olunmuş Qarabağda tezliklə ifa ediləcək

TASS Bakı taksi xidmətindən yazıb

Olimpiya çempionu: "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının kateqoriyası yüksəldilməlidir

Qazaxıstanlı velosipedçi: Ən çətin hissə üzü yoxuşa qalxmaq idi

Çin XİN: Si və Tramp ikitərəfli münasibətləri, dünya sülhünü və inkişafını müzakirə edəcəklər

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün Azərbaycan dövləti siyasi iradə nümayiş etdirir - ŞƏRH

Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru gələcəyin dayanıqlı inkişaf modeli əsasında qurur - ŞƏRH

"Bakı–Xankəndi" velosiped yarışının II mərhələsinin qalibi mükafatlandırılıb

Media: Yaxın Şərqdəki gərginlik fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti yaxın illərdə daha da artacaq

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsinin qalibi bəlli olub

Zərifə Əliyeva adına uşaq bağçasında Ulu Öndərin xatirəsinə həsr olunmuş rəsm sərgisi - FOTOLAR

Almaniya və Ukrayna yeni silah sistemlərinin birgə istehsalını planlaşdırır

Türkiyə universitetlərində Azərbaycan filmləri nümayiş etdirilir

Tacikistanda buzlaqların əriməsi Mərkəzi Asiyanın su ehtiyatlarını azaldır

Sabah Bakıda 29 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

ÜST: Hantavirus epidemiyası riski çox azdır

La-Manş boğazında miqrantlara yardım edən ekipaj üzvləri irqçi davranışlarda ittiham olunur

Azərbaycan Kubokunda son 10 mövsümün rekordu qeydə alınıb

Rumıniya mətbuatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb

Aİ vətəndaşlar üçün vahid əmanət və investisiya hesabı təklif edir

BMT ekspertləri Yaxın Şərqdə nüvə enerjisinin riskləri barədə qənaətlərini bölüşüblər

Malayziyada Ulu Öndərin xatirəsinə həsr olunan ənənəvi şahmat turniri

Bu saata olan əsas xəbərlər

Ulu Öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda anılıb - FOTOREPORTAJ

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Qazaxıstan İndoneziyanın Avropa bazarlarına çıxış platformasına çevrilə bilər

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsi start götürüb

Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub VİDEO

Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub VİDEO

WUF13 çərçivəsində konsert proqramı: Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq

Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

FHN: Ötən həftə 32 nəfər xilas edilib

Oğuzda ADA Universitetinin layihə qalibləri mükafatlandırılıb

® bp Qarabağ layihəsi üzrə ƏMSSTQ sənədini ictimaiyyətlə müzakirə etmək üçün görüş keçirəcək

Brüsseldə vandalizm nəticəsində ictimai nəqliyyat şirkətinə 4 milyon avrodan çox ziyan dəyib

Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür

FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar VİDEO

FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar VİDEO

WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi konsert proqramı ilə yad edilib

Bu gün "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının ikinci mərhələsi başlayır

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib VİDEO

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib VİDEO

Donald Trampın Çinə səfərinin tarixləri açıqlanıb

“İthaf”: Ümummilli Liderə musiqi ilə ehtiram

Bu gündən Rusiya vətəndaşları Səudiyyə Ərəbistanına vizasız səfər edə biləcəklər

Azərbaycan Könüllü Təşkilatları İttifaqı Heydər Əliyevin 103-cü ildönümünə silsilə tədbirlər həsr edib

Texasda yük vaqonunda 6 nəfərin meyiti aşkarlanıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edib

Prezident İlham Əliyevin Zəngilandakı çıxışı həm tarixi yaddaşın, həm də müasir siyasi kursun bir manifestidir- ŞƏRH

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqın qəlbində daim yaşayır

Qarabağ Azərbaycan iqtisadiyyatının inkişaf drayverlərindən birinə çevrilməkdədir - ŞƏRH

Türkiyə mediası: Heydər Əliyevin Azərbaycan tarixindəki rolu danılmazdır

Sosial sorğu: Emmanuel Makronun reytinqi aşağı düşür, Milli Birlik Partiyası önə çıxır

Anar Eminov: Müasir universitetlərin gələcəyi yaşıl düşüncə, sağlam həyat tərzi və sosial məsuliyyət fəlsəfəsi üzərində formalaşır

Premyer Liqa: "Arsenal"dan vacib qələbə

“El Klasiko”: “Barselona” “Real Madrid”ə qalib gələrək çempion olub

Zəngilanın strateji mövqeyi onun mühüm nəqliyyat-logistika mərkəzinə çevriləcəyini göstərir - ŞƏRH

Əlcəzair Prezidenti Fransada müstəmləkəçiliyi müdafiə edənləri sərt tənqid edib

Tramp İranın sülh sazişi layihəsinə cavabını bəyənmədiyini açıqlayıb

Tarixin canlı yaddaşı: Heydər Əliyev və Azərbaycanın arxeoloji intibahı

Bakıda Heydər Əliyevin 103-cü ildönümü tatar diasporunun iştirakı ilə qeyd olunub

Rustavidə məktəblilər Ulu Öndərin abidəsini ziyarət ediblər

Qətərdə Heydər Əliyevin 103-cü ildönümü böyük ehtiramla anılıb

WUF13 Azərbaycan: Festivalın növbəti dayanacağı Xankəndi olub VİDEO

WUF13 Azərbaycan: Festivalın növbəti dayanacağı Xankəndi olub VİDEO

Balakəndə Ulu Öndər Heydər Əliyevə sevgi və ehtiram daim sonsuz olub VİDEO

Balakəndə Ulu Öndər Heydər Əliyevə sevgi və ehtiram daim sonsuz olub VİDEO

Ər-Riyadda Heydər Əliyevin zəngin dövlətçilik irsi yad olunub

Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır

Qazaxda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Yaddaşın zirvəsində – Keşikçidağda mədəni irsə səyahət VİDEO

Yaddaşın zirvəsində – Keşikçidağda mədəni irsə səyahət VİDEO

Azərbaycan xalqı yeni əsrə Heydər Əliyev zəkasının işığında qədəm qoyub

Zelenski: Rusiya iki gündür genişmiqyaslı hücumlar həyata keçirmir

Lənkəranda Heydər Əliyevin əziz xatirəsi yad olunub

Braziliyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Avropa Həftəsində təmsil olunub

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Aktotı Raimkulova: Azərbaycan xalqının Ümummilli Lideri Türk dünyasının qəlbində əbədi yaşayacaq VİDEO

Aktotı Raimkulova: Azərbaycan xalqının Ümummilli Lideri Türk dünyasının qəlbində əbədi yaşayacaq VİDEO

Premyer Liqa: "Neftçi"dən asan qələbə