ADAU “Webometrics” reytinqi üzrə region universitetləri arasında ən yüksək nəticəni əldə edib
Gəncə, 31 yanvar, Elcan Məmmədov, AZƏRTAC
“Webometrics” reytinqi (Webometrics Ranking of World Universities) 2025-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb.
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Dünya Universitetlərinin “Webometrics Reytinqi”nin (Webometrics Ranking of World Universities) 2025-ci il nəticələrinə görə ölkə üzrə reytinqdə yer alan 35 ali təhsil müəssisəsi arasında 10-cu sıraya yüksələrək, region universitetləri arasında ən yüksək nəticəni əldə edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Webometrics Reytinqi”nin 2025-ci ilin yanvar buraxılışında dünyanın hər yerindən təxminən 32000 ali təhsil müəssisəsi yer alıb. “Reytinq Majestic”, “Google Scholar” və “Scimago-Scopus” kimi etibarlı mənbələrdən toplanan həm vebometrik, həm də bibliometrik göstəricilərə əsaslanır.
Qeyd edək ki, ADAU 2021-ci ildə respublika üzrə 19-cu, 2022-ci ildə 14-cü, 2023-cü ildə 13-cü, 2024-cü ildə isə 12-ci yerdə qərarlaşmışdı. 2025-ci ilin nəticələrinə əsasən 2 pillə irəliləyərək 10-cu sıraya yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:43]
Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər
- 02.10.2026 [17:37]
Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb
- 02.10.2026 [17:31]
Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA
- 02.10.2026 [17:30]
Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib
- 02.10.2026 [17:28]
Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı
- 02.10.2026 [17:15]
Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb
- 02.10.2026 [16:59]