Azərbaycan Dövlət İnformasiya Agentliyi

Adil Əliyev: Karantin qaydalarına hamımız əməl etməliyik

Adil Əliyev: Karantin qaydalarına hamımız əməl etməliyik

Bakı, 8 iyun, AZƏRTAC

Hər yerdə olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə davam edir. Keçən aylarda bu mübarizədə uğurlarımız var idi, karantin qaydalarının tətbiqi nəticəsində xəstələrin sayını və ölüm hallarını aşağı səviyyədə saxlamaq mümkün idi. Ancaq karantin qaydalarını uzatmaq iqtisadiyyatımızın problemlərini artıra bilərdi, iş yerlərinin açılması və ticarətin başlanması zəruri idi. Ancaq may ayının ortalarından başlanan yumşalma xəstə sayını yenidən artırdı. Vəziyyət o həddə çatdı ki, mart və aprel ayında gündəlik xəstə sayı 40-50 nəfər idisə, mayın sonu və iyun ayının başlanğıcında say 3 rəqəmliyə keçdi və hazırda xəstə sayı 250-350 nəfərə çatır. Bu baxımdan yenidən sərt tədbirlər görülməsəydi, vəziyyət nəzarətdən çıxa bilərdi. Bu isə o demək olacaqdı ki, mövcud xəstəxanalarımızda boş yer qalmayacaqdı. Nazirlər Kabineti yanında Operativ Qərargah şənbə və bazar günlərində vətəndaşlara evdən çıxmağı qadağan etdi. Başqa alternativimiz yox idi. Qardaş Türkiyə də bir neçə ay bu üsuldan istifadə edib və müsbət nəticələrini görüb. İnanıram ki, şənbə və bazar qadağasının yaxın günlərdə müsbət nəticəsini biz də görəcəyik. Karantin rejiminin tələblərinə hər birimiz əməl etməliyik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev söyləyib.

O qeyd edib ki, vətəndaşlarımızın mütləq əksəriyyəti şənbə və bazar günü bayıra çıxmaq qadağasına riayət etdi. Çünki hamımız başa düşürük ki, sərtləşən qaydalar özümüzü, ailə üzvlərimizi və bütövlükdə Azərbaycanımızı qorumaq üçündür. Ancaq təəssüf ki, xoşagəlməz hallarla da üzləşdik. “Operativ Qərargah şənbə və bazar günü qadağasını ötən həftənin əvvəlindən elan etmişdi. Yəni iki gün qadağasına riayət etmək üçün ərzaq tədarükü görmək üçün kifayət qədər zaman var idi. Ancaq cümə günü marketlərdə növbələr yarandı, çörək piştaxtaları boşaldı. Əlbəttə, böyük ailələr var və onlar iki günlük çörək tədarükü görməli idilər. Ancaq internetdə yayılan bir görüntüyə reaksiya verməyə bilmərəm. Taxta səbətdəki çörəklər dükanın qapısından içəri keçməyə macal tapmadan havada uzanan əllər tərəfindən anında boşaldılırdı. Kim əlinə nə qədər çörək yığa bilirdisə, o qədər daşıyırdı. Azərbaycan müharibə şəraitindədir və hər zaman da vurğulayırıq ki, torpaqlarımızı işğaldan azad etmək üçün savaşa hazır olmalıyıq. Müharibə şəraitində isə hər bir çətinliyə və sınağa dözməli olacağıq. 2016-cı ildə 4 günlük savaş günlərində həmin sınaqdan üzüağ çıxdıq. Savaş yenə olarsa, növbəti sınaqdan da üzüağ çıxmalıyıq. Odur ki, dükanlarda çörək piştaxtalarının boşaldılması görüntüsü bizə yaraşmadı. İki gün keçib və marketlər yenə açıqdır, kimsə çörəksiz və ya ərzaqsız qaldımı? Bu sual cümə günü torbalarını yiyə bilməyəcəyi qədər çörək və ərzaqla dolduranlara aiddir. Nəzərə alın ki, bu həftənin sonunda da növbəti dəfə bayıra çıxmaq qadağası tətbiq oluna bilər. Eyni görüntülərin təkrarlanması bizə başucalığı gətirməyəcək. Bununla bərabər düşünürəm ki, eyni səhvin təkrarlanmaması üçün insanlarımız arasında təbliğat işinin gücləndirilməsinə ehtiyac var. Unutmayaq ki, düşmən də bu görüntüləri izləyir və informasiya savaşında bizə qarşı istifadə edə bilər, - deyə A.Əliyev vurğulayıb.

Sədr müavini qeyd edib ki, şənbə və bazar günü qadağası polisimizin üzərinə böyük məsuliyyət qoyurdu. Çünki polis karantin qaydalarına əməl olunmasına nəzarət etməli idi. Məsuliyyətli vətəndaşlarımız kimi polisimiz də bu sınaqdan üzüağ çıxdı. Ancaq qaydalara riayət etməyənlər və aranı qarışdırmaq istəyənlər yenə tapıldı. İnternetdə yayılan görüntülərin birində polis qanuna riayət etməyən vətəndaşımızı polis məntəqəsinə aparmaq istədikdə müqavimətlə üzləşir, bəziləri eyvandan polislərin üzərinə müxtəlif əşyalar atırlar. Polisə iş başında müqavimət göstərmək, onun üzərinə əşyalar atmaq, söymək dünyanın hər yerində olduğu kimi Azərbaycanda da qanun pozuntusu sayılır. Bunu edənlər düşünməsinlər ki, cəzasız qalacaqlar. Bir neçə gün əvvəl metroda da bənzər olay baş vermişdi. Qərar qəbul olunub ki, metroda maska geyinilməlidir, virusdan ancaq bu cür qorunmaq olar. Polis maskasız vətəndaşı çıxartmağa çalışdıqda bir neçə nəfər polisə müqavimət göstərdi. Daha sonra həmin şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olundular. Eləcə də bazar günü polisin üzərinə müxtəlif əşyalar atanlar müəyyənləşdirilərək məsuliyyətə cəlb olunublar. Çünki bu tədbirlər görülməsə qanunlarımızı heçə saymış olarıq və başqaları da qanunsuz əməllərinə görə cavabdehlik daşımayacaqlarını düşünə bilərlər. Fədakar polislərimiz bizlərdən biridirlər, qanunun keşiyində dayanıblar, hər zaman bizə əl tutmağa da hazırdırlar. Təsadüfi deyil ki, şənbə və bazar günləri sosial şəbəkələrdə yayılan görüntülərdə polisimizin nümunəvi hərəkətləri ilə yadda qaldı. Polis maşını ilə yoldan keçən yaşlı qadının bacısının dəfninə aparılmasından tutmuş, piştaxtaların boşaldılması səbəbindən çörək almağa macal tapmayan vətəndaşımızın evinə çörək aparan polisimizə qədər müsbət nümunələr gördük. Ancaq kim ki, bu iki gündə qaydalara riayət etməyib, qadağalara məhəl qoymayıb, polisə müqavimət göstərib, onlar məsuliyyətə cəlb olunublar. Biz hüquqi dövlətdə yaşayırıqsa, qanunlara tabe olmalıyıq. Polis isə qanun keşikçisidir.

Radikal müxalifətin bu məsələdə də öz simasını göstərdiyini söyləyən Adil Əliyev deyib: “Dünəndən polisə müqavimət görüntülərini “qəhrəmanlıq nümunəsi” kimi internetdə yayırlar və şərhlərdə nalayiq ifadələr işlədirlər. Metroda məlum hadisə baş verəndə xaricdə kök salmış saytlardan biri görüntünü sevincək halda “polisi vaqondan qovdular” başlığı ilə yaydı. Amerikada kök salmış radikal müxalifətin nümayəndələrindən biri isə Yeni Yasamalda polisə müqavimət görüntüsünü alman faşistlərinin əməlləri ilə “müqayisə” edib. Həmin radikal yaşadığı Amerikada qaradərilinin polis tərəfindən vəhşicəsinə öldürülməsinə reaksiya vermək əvəzinə, polis soydaşını ləkələməyə çalışır. Keçməz. Azərbaycan polisi vətəndaşı qanuna riayət etməyə çağırır, bu olmadıqda qanunun ona verdiyi imkanlar çərçivəsində hərəkət edir, daha “amerikalı polis kimi boğulana qədər kimsənin boğazını sıxmır”.

İstənilən hakimiyyət qanun-qaydanın yaradılmasına və bunu təmin edən güclü polisin olmasında maraqlıdır. Siz necə hakimiyyətə iddialısınız ki, polisə müqaviməti və bununla aşkar qanunsuzluğu dəstəkləyirsiniz? Demək siz qayda-qanunda deyil, anarxiyada maraqlısınız. Həmin anarxiyanı cəmiyyətimiz sizin 1990-cı illərin əvvəllərində hakimiyyətdə olduğunuz qısa dövrdə gördü və bir daha təkrarlanmasını istəmir. Əgər siz vətəndaşları düşünürsünüzsə, insanları polisə müqavimət göstərməyə, xaos yaratmağa deyil, virusun yayıldığı dövrdə insanları maska taxmağa və sosial məsafəni qorumağa dəvət etməli idiniz. Ancaq siz bu adi çağırışı da etmirsiniz, çünki sizin dərdiniz insanlarımızı qorumaq deyil, ölkəni xaosa və anarxiyaya sürükləməkdir. “Dövlətin və xalqın problemləri nə qədər artarsa, bizim üçün bir o qədər yaxşı olar” - bu, sizin həyat prinsipinizdir və dəyişməz olaraq qalır. Ancaq nahaq əziyyətdir. Əlbəttə, ölkəmizdə hər şey ideal deyil, müəyyən qüsurlar var, onlarla mübarizə aparılır. Sizin siyasətiniz isə bizi keçmişə qaytarmağa köklənib, bunu isə mütləq çoxluq istəmir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları Xocalıya səfər ediblər

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB VİDEO

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

Türkiyənin daxili işlər naziri cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laporoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB VİDEO

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik