Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADPU-da “Mexanikada yeni trendlər” mövzusunda beynəlxalq elmi konqres keçirilir YENİLƏNİB VİDEO

Bakı, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsi ilə birgə təşkil olunan “Mexanikada yeni trendlər” I beynəlxalq elmi konqresin açılış mərasimi olub.

Konqresdən əvvəl iştirakçılar Fəxri xiyabanda Ümumilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoyub, onların əziz xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, konqresin plenar iclasında müxtəlif ölkələrdən olan alim və tədqiqatçılar, ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının rəhbərləri, elm adamları, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov beynəlxalq elmi konqresin işinə uğurlar arzulayıb. Konqresin mexanika elminin ənənəvi istiqamətlərinə yeni elmi baxışların gətirilməsi, nəzəri və tətbiqi mexanikanın müasir çağırışlara uyğun transformasiyası, həmçinin mexanika və mühəndislik sahəsində beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi baxımından əhəmiyyət kəsb etdiyini qeyd edən rektor 48 illik tarixi olan və hər 2 ildən bir Türkiyənin müxtəlif ali məktəblərində keçirilən Milli Mexanika Konqresinin ilk dəfə olaraq beynəlxalq formatda və məhz Bakıda, Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunmasının ölkəmizin elmi mühitində yeni mərhələnin başlanğıcı, Azərbaycanın elmi məkanının dünya elminə inteqrasiyasının, alimlərimizin beynəlxalq akademik proseslərdə aktiv iştirakının bariz göstəricisi olduğunu vurğulayıb.

Professor C.Cəfərov konqres çərçivəsində müzakirə ediləcək elmi məruzələrin yalnız nəzəri nəticələrin təqdimatı ilə kifayətlənməyəcəyi, həm də real tətbiq imkanlarını ortaya qoyacağını, paralel sessiyalarda aparılacaq diskussiyalarda mexanikanın mühəndislik, aerokosmik, biomexanika, energetika və ekoloji problemlərin həllində oynadığı rolun daha dərindən anlaşılmasına xidmət edəcəyinə əminlik ifadə edib.

Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin sədri professor Mehmet H. Omurtag mexanikanın müasir problemlərinə toxunaraq vurğulayıb ki, texnologiyaların sürətli inkişafı ilə mexanika sahəsində yeni nəzəri yanaşmaların və hesablama üsullarının tətbiqi vacibdir. O bildirib ki, bu kimi konqreslər gənc alimlərin yetişməsinə, elmi ideyaların mübadiləsinə və mühəndislik sahəsində qlobal elmi proseslərə inteqrasiyasına mühüm töhfə verir.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, konqresin Təşkilat Komitəsinin həmsədri professor Asəf Zamanov tədbirə ADPU-nun ev sahibliyi etməsinin qardaş ölkələrin elm adamlarının əməkdaşlığının genişlənməsinə vacib töhfələr verəcəyini vurğulayaraq bildirib ki, ABŞ, Almaniya, Avstriya, İtaliya, Türkiyə və Azərbaycanın müxtəlif universitetlərindən və elmi-tədqiqat institutlarından tanınmış alimlərin qatıldığı bu tədbir mexanika və mühəndislik sahəsində beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır.

Qeyd edilib ki, müasir dövrdə elm sürətlə dəyişən texnologiyalar, süni intellekt, hesablama imkanları və rəqəmsal yanaşmalar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyub. Mexanika elmi isə bu proseslərin ayrılmaz tərkib hissəsidir. Professor A.Zamanovun sözlərinə görə, mürəkkəb mexaniki proseslərin modelləşdirilməsi və analizi təkcə klassik üsullarla deyil, həm də yüksək performanslı hesablama texnologiyaları və innovativ proqram təminatları vasitəsilə həyata keçirilir. Bu baxımdan konqresin Azərbaycanda keçirilməsi həm gənc tədqiqatçılar, həm də regionun elmi inkişafı üçün mühüm imkanlar yaradır.

Professor A.Zamanov mexanikanın tarixi və müasir inkişaf istiqamətlərindən söz açaraq vurğulayıb ki, mexanika yüzilliklərdən bəri insanın texnologiya ilə əlaqəsinin göstəricisidir. Mexanika ilk mexaniki kəşflərdən Sənaye inqilabına, müasir dövrdə kompüter simulyasiyaları və nanomateriallara, gələcəkdə isə süni intellekt və biotexnologiyaların birləşməsinə qədər bəşəriyyətin inkişafının bütün sahələrində həlledici rol oynayır.

Mexanika elminin gələcəyi isə interdisiplinar yanaşmadadır. Material elmləri, biologiya və ekoloji tədqiqatlar mexanika ilə inteqrasiya olunaraq mürəkkəb, lakin səmərəli sistemlər yaradacaq. Müasir mexanikada əldə olunan nailiyyətlər elektroavtomobillərin və yeni təhlükəsizlik sistemlərinin dizaynı, yüngül və dayanıqlı raket materiallarının, tibbi nanoimplantlar, protez və reabilitasiya cihazlarının hazırlanmasında mühüm rol oynayır.

Beləliklə, müasir mexanika sahəsi sürətlə inkişaf edir və insan, texnologiya və ekoloji aspektləri birləşdirir. Hesablama texnologiyaları, smart materiallar, nanomexanika, biomexanika və süni intellekt mühəndislərə daha effektiv, adaptiv və dayanıqlı sistemlər yaratmağa imkan verir. Beynəlxalq konqresdə aparılan müzakirələr mexanika elm sahəsi üçün əhəmiyyətli olacaq.

Sonra Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru dosent Rüfət Əzizov, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin akademik katibi, Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov, Elm və Təhsil Nazirliyinin SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova və İstanbul Texniki Universitetinin prorektoru professor Şənol Ataoğlu universitetlərarası əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqatların qlobal problemlərin həllinə yönəldilməsi barədə fikirlərini bölüşüb, beynəlxalq konqresin əhəmiyyətini vurğulayıblar.

Daha sonra konqres işini çoxsaylı bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək “Mexanikada yeni trendlər” I beynəlxalq elmi konqres Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin (TUMTMK) və ADPU-nun əsas təşkilatçılığı ilə İstanbul Texniki Universiteti, İstanbul Ticarət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Fizika İnstitutu və digər universitet və elmi-tədqiqat institutların dəstəyi ilə təşkil olunub.

Bakı və Quba şəhərlərində keçiriləcək paralel sessiyalarda müzakirələrin aparılacağı beynəlxalq konqresdə strukturlar (konstruksiyalar) mexanikası, bərk cisim mexanikası, tətbiqi riyaziyyat, tətbiqi mexanika, maye mexanikası və kompozit materiallar mexanikası sahələrində 150-yə qədər elmi məruzə təqdim ediləcək.

 

ADPU-da “Mexanikada yeni trendlər” mövzusunda beynəlxalq elmi konqres keçirilir YENİLƏNİB  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY