ADU-da “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar təşkil edilib
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) təşkilatçılığı ilə “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda onlayn tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova ölkəmizdə narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyətini yüksək dəyərləndirib, antinarkotik təbliğat işini dəstəkləyərək gənclərin bu bəladan uzaq durmaları üçün bütün imkanlarını səfərbər etməyə hazır olduqlarını bildirib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov, ADU rektorunun məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru Anar Osmanlı ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasının əhəmiyyətindən, narkotik vasitələrin cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına təsir imkanlarından, genefondun tənəzzülü və digər mənfi hallara gətirib çıxarılmasından danışıblar.
Tədbirdə mövzuya dair tələbələrin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]