Aerobika gimnastikası üzrə birinci səviyyəyə aid məşqçilik kurslarının onlayn hissəsi başa çatıb
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyasının (AGF) məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair qaydalarına uyğun olaraq keçirilən aerobika gimnastikası üzrə birinci səviyyəyə aid (5-7 yaşlı gimnastlarla çalışan məşqçilər üçün) məşqçilik kurslarının onlayn hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 18-20-də Milli Gimnastika Arenasında bolqarıstanlı mütəxəssis Kaloyan Kaloyanovun rəhbərliyi altında kursların nəzəri və təcrübi tədris hissəsi təşkil olunacaq.
Kurslarda iştirak etmək istəyənlər ilin əvvəlində istifadəyə verilmiş AGF-nin tədris saytında (https://tedris.agf.az/main) qeydiyyatdan keçərək gimnastika növləri üzrə tədris materialları ilə tanış olur, daha sonra imtahan verirlər.
Tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti 3 səviyyə isə əsas kurslar) ibarətdir. Onlayn kursları və imtahanları uğurla başa vuran məşqçilər elektron qaydada dinləyici sertifikatı əldə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]