AFFA bir neçə klubu cəzalandırıb
Bakı, 7 fevral, AZƏRTAC
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda Premyer Liqanın XVI turunun oyunlarında baş verənlərlə bağlı müvafiq qərarlar çıxarılıb.
Bir neçə kluba cərimə və cəza kəsilib. AZAL-“Qarabağ” matçının 45+3-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu üzdən malili bir oyun cəzalanıb, klubu isə 200 manat cərimə olunub.
“Zirə”-“Kəpəz” oyununda meydan sahiblərinin 5, qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib. Görüşün 28-ci dəqiqəsində “Zirə”nin üzvü Meza Kolli, 90+3-cü dəqiqəsində “Kəpəz”in oyunçusu Renan Da Silva aqressiv davranışa görə, birbaşa qırmızı vərəqə alıblar. Hər iki futbolçu 2 oyun cəzalanıb, klublar 1600 manat cərimə olunub.
“Qəbələ” isə “Neftçi” ilə qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat ziyana düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]