AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
• 2019-2020-ci il mövsümündə Topaz Premyer Liqasında komandaların sayı ötən mövsüm olduğu kimi (8 komanda) saxlanılsın. Topaz Premyer Liqasında çıxış etmək üçün lisenziya almaq məqsədilə birinci diviziya klublarından heç biri müvafiq sənədləri təqdim etmədiyinə görə TPL-in 2019-2020-ci il mövsümündə ötən mövsüm mübarizə aparan komandalar çıxış etsin.
• Xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərci AFFA tərəfindən ödənilsin.
• AFFA-nın “Grow-2020” strategiyasına uyğun olaraq, 2020-2021-ci il mövsümündə Topaz Premyer Liqasında lisenziya şərtlərinə əməl olunacağı təqdirdə komandaların sayının artırılması nəzərdə tutulsun.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]
Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq
- 15.10.2026 [10:18]
Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar
- 15.10.2026 [10:06]