AFFA RƏHBƏRLİYİ “U-17” KOMANDASINI TƏBRİK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, AFFA rəhbərliyi bu qələbə münasibətilə “U-17” komandasının heyətini qəbul etmişdir. Bunu ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına göstərilən dövlət qayğısının nəticəsi kimi qiymətləndirən AFFA-nın baş katibi Fuad Əsədov komandanın kollektivinə təşəkkürünü bildirmiş və gələcək oyunlarda onlara daha yüksək nailiyyətlər arzulamışdır.
Komandanın baş məqşçisi Şakir Qəribov AFFA-nın onlara daim qayğı göstərməsindən və yeniyetmə futbolçuların oyun bacarığının getdikcə yüksəlməsindən danışmışdır. Qələbə qollarının müəllifi Bəxtiyar Sultanov və tanınmış məşqçi Səyavuş İbrahimov da göstərilən qayğı və etimadı yeni uğurlarla doğruldacaqlarını bildirmişlər.
Sonda komanda qələbə münasibətilə mükafatlandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]