AFFA rəsmisi “Neftçi” – “Sabah” oyununda yaşanan mübahisəli epizodu şərh edib
Bakı, 21 yanvar, AZƏRTAC
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının XIX turunda keçirilən “Neftçi” – “Sabah” (1:1) oyununda yaşanan mübahisəli epizodu şərh edib.
AZƏRTAC xəbər verir ki, belçikalı mütəxəssis bununla bağlı milli assosiasiyanın rəsmi saytına açıqlama verib.
O, 65-ci dəqiqədə olan mümkün penalti epizodu haqqında bunları deyib.
“Sabah” komandasının hücumçusu Xəyal Əliyev cərimə meydançasına daxil olur və topu qarşısına atır. “Neftçi”nin müdafiəçisi Yuri Matias top uğrunda mübarizə zamanı onun çiyninə təmas edir və forvard yıxılır. Hakim oyunu davam etdirir. Bu vəziyyət “yuxarı bədən” təması ilə bağlıdır və belə hallarda müdaxilə xətti yüksəkdir. Penalti təyin etmək üçün yüksək intensivlikdə təmas olmalıdır. Amma həmin epizodda çiynə təmas zəif idi. Hakimin oyunu davam etdirmək qərarını dəstəkləyirik. Lakin “Neftçi”nin oyunçusuna qeyri-idman davranışına görə verilən sarı vərəqədən sonra onun hörmətsiz, “istehzalı alqışı” qəbuledilməzdir. Bu, açıq şəkildə jestlərlə ifadə edilən narazılıqdır və mütləq ikinci sarı vərəqə ilə cəzalandırılmalı idi. Hakimin nüfuzunu zəiflədən belə hörmətsiz davranışı qəbul edə bilmərik. Futbolun imicini və bütövlüyünü qorumaq lazımdır. Bu, futbolu sevən, hörmət edən hər kəsə mesajdır”, - deyə belçikalı mütəxəssis qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:21]
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
- 05.06.2026 [15:04]
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb
- 05.06.2026 [14:57]
Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]