AFİNA OLİMPİADASINDA MARAFON YÜRÜŞÜ ERAMIZDAN ƏVVƏL 490-CI İLİN MARŞRUTU İLƏ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, bu ilin avqustunda Afinada keçiriləcək olimpiya oyunlarının təşkilatçıları bildirmişlər ki, marafon yürüşünün marşrutu eramızdan əvvəl 490-cı ildə yunanların farslar üzərində qələbə xəbərini Afinaya çatdıran qasidin qaçdığı yolla salınmışdır. Uzun sürən bu müharibə zamanı yunanlar Marafon adlanan yerin yaxınlığında qələbə çalmışdılar. Həmin qasid də elə buradan göndərilmişdi. Bu yolun uzunluğu 42 kilometr 195 metrdir. Həmin hadisədən sonra Olimpiya oyunları çərçivəsində marafon yürüşü yarışları keçirilməyə başlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]