Afinada NATO Baş katibinin səfərinə etiraz mitinqi keçirilir

Bakı, 26 noyabr, AZƏRTAC
NATO-nun Baş katibi Mark Ruttenin Yunanıstana səfəri və Ukraynaya yardım göstərilməsi əleyhinə Afinada minlərlə insan mitinq edir.
AZƏRTAC yunan mediasına istinadla xəbər verir ki, etirazçılar Ruttenin Afinaya gəlişini pisləyir, həmçinin Yunanıstanı münaqişələrdə iştirakı dayandırmağa və ölkədəki ABŞ hərbi bazalarını bağlamağa çağırırlar. Bundan əlavə, mitinqdə Ukrayna və İsrailə hərbi dəstəyin dayandırılması tələbləri də səsləndirilir.
Mitinqin Yunanıstan Kommunist Partiyası tərəfindən təşkil olunduğu bildirilir. Aksiya Mark Ruttenin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə danışıqları fonunda keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.07.2025 [18:39]
“TALAY”ın yeni modeli IDEF 2025-də nümayiş etdiriləcək
- 08.07.2025 [17:45]
İspaniyada ənənəvi öküz qaçışı zamanı bir neçə nəfər xəsarət alıb
- 08.07.2025 [16:37]
Bolqarıstan gələn il yanvarın 1-dən avrozonaya daxil olacaq
- 08.07.2025 [16:17]
Qırmızı dənizdə PUA hücumuna məruz qalan gəmidə iki nəfər həlak olub
- 08.07.2025 [16:03]
Çinin Baş naziri: Pekin çoxtərəfli ticarət sistemini qorumağa davam edəcək
- 08.07.2025 [15:32]