Afrika Millətlər Kuboku: Seneqala texniki məğlubiyyət, Mərakeş çempion oldu - RƏSMİ
Bakı, 18 mart, Cavid Əliyev, AZƏRTAC
Afrika Futbol Konfederasiyası (CAF) tarixi qərar verib.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, Afrika Millətlər Kubokunun finalında Mərakeş millisinə 1:0 hesabı ilə qalib gələn Seneqala texniki məğlubiyyət verilib - 0:3.
Kubokun həmin ölkədən alınaraq Mərakeşə təqdim olunması haqqında qərar qəbul olunub.
Xatırladaq ki, final görüşünün 93-cü dəqiqəsində İsmailla Sarrın qolu mübahisəli epizoddan sonra ləğv edildi. Bir neçə dəqiqə sonra VAR-ın müdaxiləsi ilə Mərakeşin xeyrinə penalti təyin olundu. Bu qərar seneqallılarda kəskin etirazlara səbəb oldu və baş məşqçi Pap Tiaunun rəhbərliyi ilə futbolçular bir müddət meydanı tərk etdilər. Yalnız kapitan Sadio Manenin müdaxiləsindən sonra komanda oyuna geri döndü.
Bu səbəbdən Mərakeş CAF-a şikayət məktub ünvanlayıb.
CAF Apellyasiya Şurası Seneqalın bu hərəkətini və matç zamanı baş verən digər qayda pozuntularını mənfi hal kimi qiymətləndirib və Seneqalın çempionluğunu ləğv edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]