Ağ evdə BƏƏ, Bəhreyn və İsrail arasında diplomatik münasibətlər yaradılması barədə saziş imzalanıb
Vaşinqton, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Ağ evdə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İsrail arasında tarixi saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu sazişin imzalanması Amerika tərəfinin səyləri sayəsində, o cümlədən ABŞ Prezidentinin müşaviri Cerold Kuşnerin tərəflərlə apardığı çoxsaylı danışıqlar və görüşlər nəticəsində mümkün olub.
İsrail iki ərəb dövləti ilə diplomatik münasibətlər yaradılması müqabilində İordan çayının qərb sahilindəki Fələstin ərazilərinin İsrailə birləşdirilməsi planlarını dayandırıb. Bu, həm də Fələstin-İsrail münaqişəsinin nizamlanmasına dair Vaşinqtonun planında nəzərdə tutulan şərtlərdən biridir.
İngilis, ərəb və ivrit dillərində təqdim edilmiş saziş ABŞ Prezidenti Donald Trampın iştirakı ilə İsrailin Baş Naziri Benyamin Netanyahu, BƏƏ Xarici İşlər naziri Abdullah Bin Zayed Əl Nəhyan və Bəhreyn XİN başçısı Əbdül-Lətif əz-Zayani tərəfindən imzalanıb. Amerika KİV-lərində yayılan məlumata görə, bu ölkələr arasında sazişlər imzalanması Fələstində pislənib.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]